Kök olan və arıqlaya bilməyənlər mütləq aşağıdakı müayinələrdən keçməlidirlər!

  • Müəllif: elnare
  • Tarix: 31 may 2017
  • Baxış sayı: 11 196
  • 0 rəy

Bütün kök insanlar çəkilərini azaltmaq istəyir. Bəzən də elələri olur ki, aylarla pəhriz saxlamaqlarına baxmayaraq onların çəkiləri durmadan artır. Bu cür insanların kökəlmələrinin səbəbi onların qəbul etdikləri qidaların miqdarından asılı olmur. Bunun səbəbi hormonal və ya mübadilə pozğunluğudur. Arıqlamaq istəyən adamlar köklmələrinin səbəbini araşdırmaq üçün mütləq aşağıdak müayinələrdən keçməlidirlər. Qanda aşağıdakıların miqdarının normal olmaması orqanizmin piylənməsin səbəb olur.

Tiroksin və tiryodtironin

Bu qalxanabənzər vəzin hormonudur. Bu hormonlar maddələr mübadiləsində iştirak edir, mübadilənin sürətini və tezliyini idarə edir.Tiroksin və triyodtrionin hormonunun normada olmaması orqanizmin artıq çəki yığmasına səbəb olur.

Triotrop hormonu

Triotrop hormon hipofizin hormonudur. Bu hormon qalxanabənzər vəzin hormonunun ifrazına nəzarət edir. Bu hormonun az olması hipotrioza səbəb olur. Bu da piylənmə verir.

Qanda qlükozanın miqdarı

Sağlam adamın qanında qlükozanın miqdarı müvəqqəti olaraq arta bilir. Bu orqanizmin yaşından, fiziki işindən, qəbul elədiyi qidalardan, günün vaxtından, stresslərdən asılı olur. Qanda qlükozanın yoxlanılması acqarına olmalıdır. Müayinə zamanı qlükozanın miqdarı 6 mmol-dan çox olarsa, bu maddələr mübadiləsinin pozulmasının əlamətidir. Maddələr mübadiləsi isə artıq çəkiyə səbəb olur. Qlükozanın çox olması şəkərli diabet xəstəliyinin əlaməti sayılır.

İnsulin

İnsulin mədəaltı vəzin hormonudur. Qanda isulinin normada olması maddələr mübadiləsinin normal olmasının göstəricilərindən biridir. Qanda insulinin miqdarının çox olması xəstənin iştahının çox olmasına və bu səbəbdən də çoxlu qida qəbuluna səbəb olur. İnsulinin qanda çox olması artıq çəkinin əmələ gəlməsinə səbəb olan amillərdən biridir.

Estradiol

Artıq çəkinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də estradiol hormonunun miqdarındakı disbalansdır. Bu hormon dərialtı piy toxumasının miqdarının artmasına səbəb olur. Estradiol hormonu qadınların ikincili cinsi hormonlarını idarə edir. Hormonun qanda normadan çox olması qadınların qarın, bud hissəsidə piy toxumasının yığılmasına səbəb olur.

Kortizol

Kortizol böyrəküstü vəzin hormonudur. Kortizol orqanizmin enerji mübadiləsində yaxından iştirak edir. Kortizol hormonu stress zamanı orqanizmdə yığılmış piy toxulmalarının miqdarının artmasına səbəb olur. Bu hormon enerji mübadiləsində işttirak edir və miqdarının normada olmaması piylənməyə səbəb olur.

Testosteron

Testosteron kişi hormonu sayılır, lakin bu hormondan qadın orqanizmində də olur. Testosteron və estradiol hormonıarı qadınların normal aybaşı olduqları zaman normal miqdarda olur. Bu hormonun normada olmaması maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur.

Follikulları stimulyasiya edici və lütein hormonu

Bunlar hipofizin hormonlarıdır və yumurtalıqların formalaşmasını stimulyasiya edir. Aybaşı olmayan qadınların kökəlməsinin səbəbi obların qanında bu hormonların normal miqdarda olmamasıdlr. Endokrin sisstem pozğunluqları zamanı da qanda bu hormonların disbalansı müşahidə edilir.
Bu hormonların normada olmaması kökəlməyə səbəb olur. Bu zaman arıqlamaq mümkünsüz saılır. Hormonlar səbəbli kökəlməni isə hormonal müalicə aparmaqla qarşısını almaq olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kök olan və arıqlaya bilməyənlər mütləq aşağıdakı müayinələrdən keçməlidirlər!" haqqında müzakirə