Piridosksinin (vitamin B6) saçlara təsiri

  • Müəllif: elnare
  • Tarix: 11 iyun 2017
  • Baxış sayı: 16 862
  • 0 rəy

Piridosksinin (vitamin B6) saçlara təsiri. Gözəl saçlar və B6 vitamini

Piridoksin tərkibli maskalar saçlara qidalandırıcı və müalicəvi təsir göstərir. Saçlara qulluq vasitələrindən söhbət getdikdə piridoksin maskalarının tayı-bərabəri olmadığı qeyd edilir. Pridoksin (adermin) B qrup vitaminlərə aiddir. O suda yaxşı həll olunur və orqanizmin bərpa reaksiyalarının həyata keçməsində fəal rol oynayır. Piridoksinin zülal mübadiləsində, qan dövranının normallaşmasında, yaddaşın möhkəmlənməsində və saçların uzanmasında rolu böyükldür. Piridoksin tərkibli maskalar saçlar üçün çox faydalıdır. Maskanın hazırlanmasında istifadə edilən piridoksin apteklərdən ampul şəklində alınır. Amma, əvvəl B6 vitamininə qarşı allergiyanızın olub-olmamasına əmin olmaq lazımdır. Bu məqsədlə bir neçə damcı dərmanı dəriyə töküb bir-neçə dəqiqə gözləmək və dərinin verdiyi reaksiyaya diqqət yetirmək lazımdır.

Piridoksinin saçlar üçün faydaları aşağıdakılardan ibarətdir:

  • * tük diblərini möhkəmləndirir
  • * saçların əmələ gəlməini sıxlaşdırır və tökülmənin qarşısını alır
  • * saçlara sağlamlıq və parlaqlıq verir
  • * piridoksin saç dərisinin toxumalarına daxil olaraq tük köklərinin vitaminlə qidalanmasına səbəb olur
  • * kəpəyin əmələ gəlməsinin qarşısını alır
  • * saç dərisində olan geyişməni, qaşınmanı, quruluğu, qıcıqlanmaları aradan qaldırır
  • * piridoksinin sinklə qarışımı saçların böyüməsini sürətləndirir
  • * pridoksinin çatışmazlığı saçları cansız edir və bu zaman seboreya xəstəliyi əmələ gəlir, saçlar tökülür

1. Saçlar üçün pridoksin maskası

2 xörək qaşığı qırmızı bibər yağı və gənəcərçək yağına 2-3 ampul piridoksin, bir-neçə damcı A və E vitaminləri əlavə edilir. Maska saçları yumazdan 1 saat əvvəl yaxılır. Bu zaman maskanın tüklərin dibinə yeridilməsinə diqqət etirmək lazımdır. Maskanı sürtdükdən sonra saçları polietilen paketlə sarımaq və isti bağlamaq lazımdır. Maskanı saçlarda şampun vasitəsilə yuyarkən massaj edərək yumaq lazımdır. Maskadan sonra saçları dəsmalla və ya təbii yolla qurutmaq lazımdır. Qurutma zamanı fendən istifadə etmək olmaz.

2. Möhkəmləndirici maska

Hərəsindən 1 qaşıq olmaqla qırmızı istiot və gənəcərçək yağı, A, E,D vitamini götürülür və 2 çay qaşığı limon şirəsi, 3 çay qaşığı piridoksin əlavə edilir. Yaxşı qarışdırılaraq saçların diblərinə və saçlar uzunu sürtülür. Sonra saçlar polietilen paket və isti dəsmalla bükülür və 1 saat sonra massaj edərək şampunla yuyulur. Bu maskanı həftədə 2 dəfə təkrar etmək saçların dibinin möhkəmlənməsinə, saçların qidalanmasına və sağlamlaşmasılna səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Piridosksinin (vitamin B6) saçlara təsiri" haqqında müzakirə