Seboreya

  • Müəllif: elnare
  • Tarix: 24 yanvar 2017
  • Baxış sayı: 16 993
  • 0 rəy

 Seboreya.
Seboreya dərinin patoloji vəziyyətidir. Bu özünü piy vəzilərinin funksiyasının pozulmasıı ilə göstərir. Belə ki, seboreya zamanı piy vəzilərinin sekesiya tərkibi dəyişir, bədənin müxtəlif və ən tox tərləməyə məruz qalan yerlərində öz əlamətlərini biruzə verir. Seboreya xəstəliyinin əmələ gəlməsində orqanizmdə baş verən bəzi xəstəliklərin də rolu olduğu söylənilir. Bu xəstəliklərə aşağıdaklar aiddir:
- cinsiyyət hormonlarının funksional pozulmaları
- qalxanvari vəzin hormon çatışmazlığı
- mərkəzi və vegetativ sirir sisteminin pozulmaları
- böyrəküstü vəzdə baş verən pozulmalar
- immun sistemdə baş verən pozulmalar
- müxtəlif ferment çatışmazlığı
- mübadilə pozğunluqları.
Seboreyanın 2 forması ayırd edilir:
- yağlı
- quru.
Quru seboreya zamanı dəridə kəpək və uqrilər meydana gəlir. Dəridə piy vəzilərinin aktivləşməsi nəticəsində başın tüklü hiissəsində göbələk bakteriyaları əmələ gəlir və onların artması sayəsində başın tüklü hissəsi kəpəkləşir. Kəpəyin əmələ gəlməsinə baş dərisində olan bakterial disbalansın səbəb olmasıdır. Bəzi hallarda isə kəpəyin əmələ gəlməsində sinir sistemi və mədə xəstəliklərinin rolunun olduğu söylənilir.
Seboreyanın yağlı forması nəm, yağlı, parıltılı görünən dəriyə sahib olan adamlarda rast gəlinir. Piy vəzi axacaqlarının genişlənməsi sayəsində dəridə tünd rəngli səpgi, qara uqrilər meydana gəlir. Bu zaman dəri yağlı, sürüşkən, kir rəngində olur. Dərinin bəzi yerlərində kirli-boz rəngdə, limon qabığına oxşar səpgilər meydana çıxır. Saçlar yağlı olur, tökülən tüklərin yerində xırda sızanaqlar meydana gəlir. Belə adamların dərisində nazik, sarı, sapvari piy uqriləri müşahidə edilir.
Müalicəsi:
Xəstəliyi müalicə etmək üçün onu əmələ gətirən səbəbi araşdırıb tapmaq lazımdır.
Müalicə kompleks aparılır. Xəstənin bağırsaqlarının fəaliyyəti normallaşdırılır, disbakterioz, xroniki xəstəliklər müalicə olunur. Xəstəyə vitaminoterapiya təyin edilir, kəskin qidaların qəbuluna qadağa qoyulur. Yağlı seboreyada xəstəyə gün ərzində dərisini bir neçə dəfə spirtlə, rezorsinlə, salisil turşusu silmək tövsiyə edilir. İrinli səpkili yerlərə ixtiol mazı, prisipka sürtülür.
Quru seboreya zamanı vitamin müalicəsi ilə birlikdə dəriyə müxtəlif bitki yağlarından çəkmək tövsiyə edilir.
Baş dərisindəki seboreya əlamətlərini aradan qaldırmaq üçün 1 litr suya 1-2 xörək qaşığı sirkə qatılır və saçlar yuyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Seboreya" haqqında müzakirə