İkincili irinli meningitlər

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 462
  • 0 rəy

 İkincili irinli meningitlər
Xəstəliyin törədiciləri pnevmokokk və Pfeyffer çöpləri,az hallarda isə stafilokokk və streptokokklardır.İnfeksiya subaraxnodial sahəyə kontakt,perinevral, hematogen və ya limfogen yolla daxil edilir.
İkincili irinli meningitlər xəstələrdə aşağıdakı əlamətlərlə meydana çıxır:
* ümumi halsızlıq
* yüksək qızdırma
* ürəkbulanma
* qusma
* baş ağrıları
Xəstələrdə əvvəlcə ürəkbulanma və qusma ilə müşayət edilən baş ağrıları olur,12-24 saat sonra isə meningitin əlamətləri meydana çıxır.Bu zaman xəstələr boyun əzələlərində gərginlik və ağrıdan şikayət edirlər.Bəzən ptoz,strabizm,bəbəklərin diametrinin eyni olmaması.Psixikanın pozulmaları qeyd edilir.Xəstələrdə gərginlik və narahatçılıq olur,kobud psixi pozulmalar meydana çıxır.Bu zaman xəstələrdə şüurun dolaşması,halüsinasiya,aktivliyin artması müşahidə edilir.
Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda ağırlaşmalara səbəb olur.Bu zaman prosesə septisemiya və sinir sisteminin pozulmaları cəlb olunur.
İkincili irinli meningit orqanizmdə bir-sıra patologiyaların əmələ gəlməsin səbəb ola bilir.Bunlara aiddir:
* kəllə sinirlərinin zədələnməsi
* psixi pozğunluqlar
* görmə pozğunluqları
* subdural qansızmalar
* hemiplegiya
* qıcolmalar
Müalicə zamanı xəstə mütləq izolə olunmalıdır.Xəstələrə ağrıkəsicilər,yuxugətiricilər,antibiotiklər,sulfanilamid preparatları,kortikosteroidlər təyin edilir.İkincili irinli meningitin müalicəsi zamanı xəstənin mədə-bağırsaq və sidik ifrazat sitemləri mütləq nəzarət altında saxlanılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İkincili irinli meningitlər" haqqında müzakirə