VƏRƏM MENİNGİTİ

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 150
  • 0 rəy

İRİNLİ MENİNGİTLƏR.
Xəstəlik qrammənfi diplokokk – meninqokokklar tərəfindən törədilir. Xəstəlik damcı və kontakt yolu vasitəsilə yoluxur. Giriş qapısı əsnəyin və burun udlağın selikli qişasıdır. Meninqokokklar baş beyin və onurğa beyni qişasına hemotogen yolla daxil olur. İnfeksiya mənbəyi nəinki xəstələr, hətta sağlam mikobdaşıyıcı adamlr da ola bilir. Meningitlə xəstələnmə halları daha çox qış və yaz aylarında baş verir.
PATOLOGİYASI: Xəstəlik yumşaq beyin qişasının irinli iltihabı, qişa damarlarının genişlənməsi, venaların gedişi boyu irin yığılması ilə xarakterizə olunur. Beyin maddəsi irinli olur, beyin yarımkürələrinin qabığında toksiki, degenerativ və damar-iltihabi dəyişikliklər baş verir.
KLİNİKASI: Xəstəliyin inkubasiya dövrü 1-5 gündür. Xəstəlik kəskin başlayır, xəstədə güclü üşütmə olur, bədən tempraturu 39-40*-yə qədər yüksəlir. Baş ağrıları, ürək bulanma, tez-tez qusma olur, xəstələrdə sayıqlama, psixi-hərəki gərginlik, qıcolmalar, şüursuz vəziyyət müşayət edilir. İlkin saatlarda bu əlamətlər inkişaf edir, vətər refleksləri güclənir, qarın refleksləri zəifləyir. 2-5-ci günlərdə dodaqlrda periferik səpgilər, bəzən isə dəridə dərinin səthindən qalxan ulduzvari səpmələr müşahidə edilir. İrinli meningit gedişinə görə aşağıdakı formalara ayırd edilir:
– kəskin
– ildırımsürətli
– abortiv
– residiv verən
DİAQNOSTİKASI: Xəstəliyin diaqnozu onurğa beyin punksiyasının nəticələrinə əsaslanır. Onurğa beyin mayesi bulanıq və irinli olur, yüksək təzyiq altında axır. Beyin maddəsinin çöküntülərində meninqokokklar aşkar edilir.
MÜALİCƏSİ: Vaxtında aparılmış müalicə xəstəliyin sağalması ilə nəticələnir. Müalicə gecikərsə ayrı-ayrı kəllə sinirlərinin zədələnməsi və şüurun paroksizmal dəyişkinlikləri baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"VƏRƏM MENİNGİTİ" haqqında müzakirə