Vitaminlər nəyə lazımdır?
Yaşlaşdıqca bizim həyatımızda çox şeylər dəyişir, aktivliyimiz azalır və bu hal orqanizmimizdə olan vitaminlərdə də baş verir. illər orqanizmimizdə olan vitamnlərə də təsir göstərir.
35 yaşa qədər
Gənc yaşlarında sağlam bədəndə vitaminlər normal olur. Bunlara diqqət yetirmək bizim ağlımıza belə gəlmir. Amma bəzi vitaminlər var ki, 35 yaşdan sonra onların miqdarı bədənimizdə azalır.
Vitmin E
Bu vitamin kişilərdə spermotozoid əmələ gəlməsində və qadınların hamilə qalması üçün lazım olan əsas vitamindir. Bundan başqa E vitaminində güclü antioksidant var. Təcrübələr göstərir ki, 400-800 ml təbii vitamin E –nin qəbulu insan orqanizmində 30% ürək damar xəstəlikləri riskini azaldır, 36 % əmək qabiliyyətini yüksəldir. E vitamini əlavə qəbul edən kişilərin 32 % i prostat vəzi xərçənginə az xəstələnirlər.
Vitamin E meyvə və tərəvəz yağlarında olur. Məsələn, 100 qr günəbaxan yağında 42-56 mq, soya yağında 114mq, qoz və xardal yağında 33-34 mq, 100 qr zeytun yağında isə cəmi 13 mq vitamin E olur. Bəzi bitki yarpaqlarından alınmış yağlarda da cüzi miqdarda E vitmini oldugu təsdiq olunmuşdur.
Vitamin B9 (fol turşusu, folasin)
Beyin fəaliyyəti və əsəb sistemini yaxşılaşdırmaq üçün bədənə lazım olan vitamindir. Uşaq əmizdirən ana qidasında mütləq bu vitamini qəbul eləməlidir ki, südündə vitamin çatmamazlığı olub uşaqın əsəb sistemini pozmasın. B9 vitamini yaşlılar üçün də vacibdir. Folasin qan dövranının, həzmin və əsəb sisteminin yaxşı fəaliyyət göstərməsi üçün lazım olan vitamindir.
Bitkilərin yarpaqları bu vitaminlə zəngindir. Gündəlik qida rasionunda 500 mq göyərti qəbul etsək bu bizim folasin ehtiyacımızı qarşılayır. Brussel kələmi, brokli kələmi fol turşusu ilə zəngindir. Fol turşusu ət məhsullarında da kifayət qədər vardır. 150qr mal əti və 350 qr qaraciyər bişirib yesək sutkalıq fol tələbatını ödəyir. Gündə 1kq kəsmik qəbul etmək də sutkalıq fol turşusu ehtiyacını qarşılayır.
35-45 yaş
Bu yaş dövrü orta yaşdan yaşlanmaya keçid dövrü sayılır. Dərimizə ilk qırışların düşdüyü və sağlamlığımızda problemlərin başladığı dövr olaraq da qeyd etmək olar. Buna görə də, başqa vitaminlərin də qəbulu orqanizmimiz üçün lazımdır. Vitamin A (retinol) göz, saç və dırnaqların sağlam olmasında bu vitaminin rolu böyükdür. A vitamini çatmadıqda ürək-damar xəstəlikləri artır. A vitamininin orqanizmdə normal olması immun sistemi gücləndirir.
Vitamin A heyvani məhsullarda daha çox olur. Ətdə, yağda, yumurtada və s. məhsullarda bol olur. Sutkalıq dozanı qəbul etmədikdə əsəb və həzm sistemi korlanır. A vitamini həm də sarı və narıncı meyvə-tərəvəzdə, göyərtidə olur. Bədən üçün normal qəbul 5 mq dır.
Vitamin C ( askorbin turşusu)
Yaş nə qədər çox olarsa bu vitaminə tələbat da bir o qədər böyükdür. C vitamini qanda xolesterin mübadiləsində iştirak edir. Defisiti yarandıqda insult riski artır. Normal dozada gündəlik qəbul olunduqda immuniteti normada saxlayır, katarakta riskini 77% azaldır. C vitamini ən çox çiy kələmdə, sitrus meyvələrində, göyərtidə olur.
45 yaş və yuxarı
Biz bu yaş dövründə sağlamlığımızın qiymətini daha çox bilməyə başlayırıq. Bu dövrdə vitaminlər bizə daha çox lazımdır.
Vitamin D
Bu vitamin bədəndə kalsinin normal olmasıni təmin edir. Kalsium özlüyündə sümük sisteminin möhkəmliyini təmin edir. Son illərdə alimlər bu vitaminin orqanizmdə roluna daha diqqətlə yanaşırlar. Sübut olunub ki, vitamin D nin orqanizmdə normal olması ateroskleroz və bir sıra xərçəngin əmələ gəlməsi ehtimalının azaldır.
Vitamin D dəri vasitəsilə günəş şüalarından dəri vasitəsilə qəbul olunur. Əgər isti yerdə yaşayırsınızsa gündə 5-15 dəqiqə gün altında gəzmək vitaminin metabolizmini təmin edir. Tərkibində D vitamini çox olan qidalar qəbul olunmalıdır. D vitamini ən çox balıq yağı və yumurta sarısında olur. Bunlar qidada çatışmadıqda gündəlik 200-400 mq qida əlavəsi kimi qəbul etmək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Vitaminlər nəyə lazımdır?" haqqında müzakirə