Qida borusunun peptik yarası

  • Müəllif: redaktr
  • Tarix: 18 mart 2017
  • Baxış sayı: 6 574
  • 0 rəy

 Qida borusunun peptik yarası
Bəzi kəskin və xroniki xəstəliklər qida borusunun selikli qişasının zədələnməsinə səbəb olur ki,bu da qida borusunda peptik yaraların əmələ gəlməsinə səbəb olur.Qida borusunun yaralarına mədə və onikibarmaq yaralarından 50-60 dəfə çox rast gəlinir.
Qida borusunun peptik yarasının əmələ gəlməsinin əsas səbəbi mədə və onikibarmaq bağırsağın xəstəlikləri olur.
Xəstəliyin əmələ gəlməsinə mədədən qida borusuna düşən mədə şirəsinin borunun selikli qişasına təsiridir.Bu aşağıdakı hallarda baş verir:
* mədənin reflyuks xəstəliyi
* mədə şirəsinin turşuluğu çox olan zaman
* bağırsaqların peristaltikasının pozğunluqları zamanı
* öddaşı xəstəliyində
* diafraqmanın yırtığı və s.
Qida borusunun yara xəstəliyinin əmələ gəlməsinə əsas səbəb kimi uzun müddət qida qəbulundan sonra mədədə qıcqırmanın baş verməsidir.Qıcqırma baş verən zaman uzandıqda turşuluğu çox olan mədə şirəsi mədədən qida borusuna keçir.Uzun müddət qida borusunu qıcıqlandıran mədə şirəsi orada yaranın əmələ gəlməsinə səbəb olur.
Xəstəliyə diaqnoz qoymaq üçün yaradan götürülən biopsiyanın nəticələri əsas götürülür.
Xəstəliyin müalicəsi stasionar şəraitdə aparılır.Belə xəstələrə çarpayıya uzandığı zaman yarıoturaq vəziyyətdə uzanmaq məsləhət görülür.Xəstəyə az-az, tez-tez yemək tövsiyə olunur.Xəstəyə yatmazdan əvvəl mədə turşuluğunu azaldan dərman preparatlarından istifadə etmək məsləhət görülür.Xəstənin mədə bağırsaq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müalicə tədbirlərinə diqqət yetirilir.
Həkimin yazdığı dərmanlarla bərabər bəzi təbii bitki müalicələri ilə mədə turşuluğunu azaltmağa mümkündür.Çaytikanı yağı mədə və onikibarmaq yarası,qida borusu yarası zamanı əvəzolunmaz dərman müalicəsi sayılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qida borusunun peptik yarası" haqqında müzakirə