Çox tərləyirsiniz? Tərləmənin müxtəlif vasitələrlə aradan qaldırılması

  • Müəllif: elnare
  • Tarix: 22 aprel 2017
  • Baxış sayı: 5 460
  • 0 rəy

Çox tərləyirsiniz? Tərləmənin müxtəlif vasitələrlə aradan qaldırılması. 

Tərləmə orqanizmə zərər verməsə də orqanizmdə discomfort yaradır. Ondan xilas olmaq üçün ilk növbədə çox tərləyib-tərləməmənizi təyin etmlisiniz. Bunun üçün isə bəzi testlər etməyiniz lazımdır. Bu zaman geyindiyiniz paltarın neçə dəqiqədən sonra tərdən islanması, salfet qoyan zamanı salfetin bir anda su olması və s. bu testlərə aiddir. Mütəxəssislər, qoltuqaltı və aralıq nahiyənin təmiz olduğu zaman paltar geyindikdə paltarda 5-10 santimetr ölçüdə tər izi əmələ gəlməsinin hiperhidroz (həddindən çox tərləmə) əlaməti kimi qiymətləndirirlər.

Tərləmə yerli və ümumi olur. Birinci halda bədənin ayrı-ayrı nahiyələri tərləyir. İkinci növ tərləmə isə ümumi bədənin bütün hissəsindən tər ifraz olunur.
Ümumi bədənin tərləməsi əsasən bəzi xəstəliklər zamanı meydana gəlir. Bu xəstəliklərə vərəm, diabet, qalxanabənzər vəzi xəstəlikləri zamanı baş verə bilir.
Yerli tərləmlər isə vegetative damar xəstəlikləri zamanı meydana çıxır. Normal hallarda isə tərləmə isiti havalarda fiziki aktivlik zamanı meydan çıxır.
Bəzi mütəxəssislər orqanizmin həddindən çox tərləmsini vitamin çatışmazlığından, damar xəstəliklərindən meydana çıxdığını söyləyirlər.
Tərlmədən xilas olmaq üçün müxtəlif vasitələr vardır. Bunlara aşağıdakılar aiddir:

Antiperisperant 

Bu dərinin qurumasına və tər vəzilərinin müvəqqəti olaraq blokadaya alınmasına səbəb olur.Periperantın müsbət cəhəti tərləməni azaltmaq və tər qoxusunun əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir. Mənfi cəhəti isə uzun müddət istifadə etdikdə tərkibindəkilərin orqanizmı təsir etməsi və dərini qıcıqlandrmasıdır.

İonofarez

Bu vasitədən ən çox ovucun içinin və dabanların tərləməsi zamanı istifadə edilir. İonofarezin müsbət cəhəti onun təhlükəsiz olması, mənfi cəhəti isə qısa müddət ərzində təsir eləməsidir.

Botulotoksin iynəsi

Botulotoksikasiya tərləyən nahiyənin bu iynə vasitəsinə blokada edilməsidir. Bu zaman tər vəzilərinin funksiyası dayanır. Prosedurun mübət cəhəti onun güclü tərləmənin qarşısını ala bilməsidir. Mənfi cəhəti isə bu metodun 6-8 aydan çox davam etməməsidir. 8 aydan sonra botulotoksikasiya yenidən təkrarlanmalıdır.

Simpatektamiya

Bu simpatik sinir düyünlərinin əməliyyat vasitəsilə blokada edilməsidir. Əməliyyatın müsbət cəhəti 98% hallarda pasientin ömürlük tərləmədən xilas olunmasıdır. Əməliyyatın mənfi cəhəti isə onun çətin bir əməliyyat olması və həddindən artıq riskli olmasıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Çox tərləyirsiniz? Tərləmənin müxtəlif vasitələrlə aradan qaldırılması" haqqında müzakirə