Cinsi-zöhrəvi xəstəlik - Şankr.

  • Müəllif: elnare
  • Tarix: 21 fevral 2017
  • Baxış sayı: 7 638
  • 0 rəy

Şankr.
Şankr dünyada ən çox yayılan zöhrəvi xəstəliklərdən sayılır. Şankr indeksion xəstəlik hesab edilir və ən çox çinsi yolla yoluxur. Xəstəlyə ən çox sifilis və cinsiyyət üzvünün herpes xəstəliyi keçirmiş adamlarda rast gəlinir.
Xəstəliyin əmələ gəlməsinə Hemophilus ducreyi qrammənfi anareob basillər səbəb olur. Xəstəlik cinsi yolla yoluxur, inkubasiya dövrü 2-5 gündür. Əvvəlcə dəridə parlaq qırmızı rəngdə ləkə və dərinin altında pustula əmələ gəlir. Qısa müddətdə həmin hissədə ağrılı yaraya çevrilir və sürətlə böyüyür. Xəstəliyin sağalması 2-3 həftəyə baş verir və sağaldıqdan sonra yaranın yerində çapıq toxuma qalır. Əgər xəstəlik ağırlaşmaya səbəb olmuşsa o zaman yaranın sağalması 1-2 ay vaxt apara bilir.
Klinikası.
Dəri altında əmələ gələn papula çox da böyük ölçüyə malik olmur. Əksər hallarda iltihablı yaralar dairəvi və çoxsaylı olurlar. Şankr kişilərdə cinsiyyət orqanının baş hissəsində və budda, qadınlarda isə kiçik və böyük cinsiyyət dodaqlarında, budun yuxarı hissəsində və klitorda əmələ gəlir. Xəstəlik əmələ gəldikdən 2 həftə sonra limfalarda limfodenit, qan vasitəsilə bütün orqanlara yayıldıqda isə abses əlamətləri verir.
Diaqnoz.
Xəstəliyə diaqnozun qoyulmasında anamnez və laborator müayinələrdən istifadə ediir. Xəstəliyin diaqnozunu təsdiqləmək üçün aşağıdakı laborator analizlərin yoxlanılması vacib sayılır:
* bakterial üsulla yoxlanmaq
* şankr möhtəviyyatının müayinəsi.
Xəstəgə genital herpesin, qonoreyanın, vərəmin, şiş xəstəliklərinin, birincili siflisin olması diaqnozun qoyulmasında köməkçi rol oynayır.
Müalicə.
Şankırın müalicəsi stasionar şəraitdə aparılır. Xəstəyə geniş spektrli antibiotiklər, sulfanilamidlər və kompleks müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cinsi-zöhrəvi xəstəlik - Şankr." haqqında müzakirə