Dovşan əti haqqında

  • Müəllif: admin2
  • Tarix: 13 may 2018
  • Baxış sayı: 1 039
  • 0 rəy
Dovşan demək olar ki, dünyanın bütün ölkələrində yaşaya bilən heyvanlardandır. Onların həyat tərzi çox sadədir. Dovşanlar səhər və axşam yeməyə çıxırlar və ölənə kimi doğulduqları yerdə yaşayırlar. Onlar təhlükə hiss etdikləri zaman yaşayış yerlərini tərk etsələr də, ondan 2 km uzağa getmirlər. Qarlı qışda isə dovşanlar qar olmayan yerlərdə özlərinə yem axtarırlar. Onlar təmizliyi sevirlər və tüklərini dilləri ilə yalayıb təmizləyirlər. Dovşanlar tullanaraq hərəkət edirlər və otla, tərəvəzlərlə qidalanırlar.
Dovşanın ətindən qida vasitəsi kimi istifadə olunur. Ən yaxşı dovşan əti ömrü bir yaşından yuxarı olmayan dovşanların ətidir. 
Cavan dovşanın əti daha daldı və kövrək olur. Dovşan ətini bişirməmişdən əvvəl marinadlaşdırıb saxladıqda isə o daha da ləzzətli olur. 10 saat marinadlaşdırılmış dovşan ətindən hazırlanan yeməklər gözəl dada malik olur. Dovşan ətinin dadlı olması onun yediyi qidalardan, yaşından asılı olur. Dovşan ətinin yağı olmadığına görə o xüsusi dada malik olur. Ətin dadının korlanmasina səbəb isə onun lazım olan qədər düzgün saxlanılmamasıdır. Bir yaşa qədər olan dovşanın sümüklərini asanlıqla sındırmaq olur. Dovşan ətini bişirməzdən əvvəl onu suda və ya kvassda bir-neçə saat saxlamaq lazımdır. Bəzi aşbazlar onu sirkəli suda saxlayıb sonra bişirirlər. 100 qram dovşan ətinin qida dəyəri:
- Zülallar – 21,3 qr
- Yağlar – 11 qr
- Su – 66,5 qr
- Kalori – 182 kKal.
Dovşan ətinin faydalı və qidalandırıcı xüsusiyyətləri var. Onun ətinin tərkibi malın döş ətinin tərkibi ilə eynidir. Dovşan ətinin şirin dadı olur. O dietik ət hesab edilir. Dovşan ətinin tərkibində olan zülalların miqdarı başqa ətlərin tərkibində olan zülalların miqdarndan daha azdır. Zərif və xoş dada malik olan dovşan ətinin tərkibində B6, C, PP, B12 vitaminləri, dəmir, kilbat, ftor, fosfor, kalium və marqanes elementləri var. Dovşan əti maddələr mübadiləsini balanslaşdırmaq qabiliyyətinə malikdir. Bu isə dovşan əti ilə qidalanmanın orqanizmin sağlam olması üçün vacib olduğunu təsdiq edir. Dovşan əti uşaqlar üçün əla qida vasitəsi hesab edilir. Qaraciyər, öd kissəsi, allergiya və yüksək təzyiqdən əziyyət çəkənlərə dovşan əti yemək məsləhət görülür.
Dovşan ətinin zərərli xüsusiyyətləri
Çoxlu miqdarda dovşan əti yemək böyüklərdə podaqra, artrit, uşaqlarda isə sinir-artrit diatezinə səbəb ola bilir. Tərkibində olan purin orqanizmdə sidik turşusunun artmasına səbəb olur ki, bu da adları qeyd olunan xəstəliklərin inkşaf etməsinə səbəb olur. Purin əsasən oynaqlarda toplanaraq onları zədələyir. Psoriazdan və psoriatik artritdən əziyyət çəkənlərə dovşan əti yemək olmaz. Onun tərkibində olan amin turşular sinil turşusuna çevrilir və bu da orqanizmdə turşuluğun miqdarını azaldır. Bu zaman adları çəkilən xəstəliklərin əlamətləri kəskinləşir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Dovşan əti haqqında" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə