Amerikalı həkim ən təbii antibiotikin reseptini söylədi

  • Müəllif: elnare
  • Tarix: 28 may 2017
  • Baxış sayı: 9 311
  • 0 rəy

Amerikalı həkim Riçard Şults ən təbii antibiotikin reseptini söylədi. Bu resept orqanizmdəki bütün infeksiyaların məhvinə səbəb olur.

Bu resept ən təbii antibiotiklərdən sayılır. Resepti qəbul edənlərdə bütün infeksiya xəstəliklərinin, iltihabi əlamətlərin aradan qalxdığı sübut edilmişdir. Resepti amerikalı həkim Riçard Şults təqdim etmişdir.

Həkim reseptin həddindən artıq effektli olduğunu və onun uzun müddət qəbul edilə biləcəyini qeyd edir. Həkim bu qarışımın çox güclü təsirə malik olduğunu da söyləmişdir. Resept təbii məhsullarda hazırlanır və əla nəticələr verir.

Lazım olanlar:

Hazırlanması:

Bütün məhsullar təmizlənir və xırda doğranır. Məhsullar şüşə bankaya tökülür və üzərinə alma sirkəsi əlavə edilir. Alma sirkəsi məhsulların üstünü örtməli və 5 sm hündürlüyə qədər tökülməlidir. Bankanın qapağı örtülür və 2-6 həftə ərzində sərin və qaranlıq yerdə saxlanılır. Qarışım sirkədə nə qədər çox saxlanılarsa bir o qədər də təsirli olar. Vaxtaşırı bankanın qapağını açmadan onu silkələyərək qarışdırmaq lazımdır. Qarışım hazır olduqda onu tənzifdən digər şüşə bankaya süzmək lazımdır. Qarışım sərin və qaranlıq yerdə saxlanılmalıdır.

Qəbul edilmə qaydası:

Qarışımdan soyuqdəymə, infeksiya və iltihabi xəstəliklər zamanı immun sistemi möhkəmləndirmək və infeksiya əlamətlərini aradan qaldırmaq məqsədilə istifadə edilir. Bu məqsədlə 1 çay qaşığı qarışımı 100 ml təmiz suya qatıb gündə 1 dəfə içmək lazımdır. Qarışımı udum-udum içmək lazımdır. Dadlandırmaq üçün ona bal əlavə etmək mümkündür. Bu qayda ilə içmək profilaktika məqsədi də daşıyır. Əgər sizdə iltihab və ya infeksiya səbəbindən əmələ gələn konkret xəstəlik varsa o zaman qarışımdan gündə 5-6 dəfə içə bilərsiniz. Bu təbii antibiotik orqanizmə heç bir mənfi təsir eləmir.
  • * Orqanizmi tonuslandırır və immun sistemi möhkəmləndirir.
  • * Mikrob əleyhinə güclü təsir edir, qanda şəkərin miqdarının normallaşmasını nəzarət altına alır. 
  • * Orqanizmin turşuluğunu normallaşdırır
  • * Güclü antibakterial təsir göstərir, göbələk xəstəliklərini sağaldır orqanizmin enerjisini artırır.
  • * Həzm sitemini normallaşdırır və bağırsaqlara probiotik təsir göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Amerikalı həkim ən təbii antibiotikin reseptini söylədi" haqqında müzakirə