Alma ilə gələn gözəllik
Alma və alma sirkəsinin təbii gözəllik və sağlamlıq qaynağı olduğunu bilirdinizmi? Dəri və saç baxımı, üzdəki ləkə və sızanaqlar, artıq çəki problemi… Bütün bunları aradan götürmək üçün alma meyvəsi böyük rol oynaya bilər. Alma sirkəsi parlaq saçlar, ləkəsiz bir simaya, incə və gözəl bir bədənə sahib olmaqda önəmli rol oynayır.
Kəpəkli saçlar üçün:
Saçlarınızı yuduqdan sonra 1 litr suya 1 stəkan alma sirkəsi tökün və bu su ilə saçlarınız kəpəkdən xilas olacaq və parlaqlaşacaq.
Üzdəki ləkələr üçün:
Bir qaba bərabər nisbətdə hazırlanmış alma sirkəsi qatılmış su tökün və qaynadın. Daha sonra üzünüzü onun buxarında bir müddət saxlayın. Bu, üzdəki ləkələr üçün çox faydalıdır.
Artıq çəkidən xilas olmaq üçün:
1 stəkan suyun içərisinə 2-3 çay qaşığı alma sirkəsı və 1,5 çay qaşığı bal töküb qarışdırın. Hər səhər acqarına bu qarışıqdan qəbul edin. Artıq çəki problemi ilə üzləşən adamlar bu üçün çox faydalıdır.
Ayaqlarda vena damarlarının varikoz genışlənməsi varsa:
Yumşaq bir dəsmalı alma sirkəsi tökülmüş qabda isladaraq ayaqlarınızda varikoz genişlənmə olan hissəyə bağlayın. Sonra ayaqlarınızı yüksək bir yerə qaldıraraq 45 dəqiqə müddətində saxlayın. Bunu səhər–axşam təkrar etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Alma ilə gələn gözəllik" haqqında müzakirə