Bu güclü antibiotiki ev şəraitində hazırlayıb infeksion xəstəliklərinizdən birdəfəlik qurtara bilərsiniz

  • Müəllif: elnare
  • Tarix: 29 mart 2017
  • Baxış sayı: 4 437
  • 0 rəy

 Bu güclü antibiotiki ev şəraitində hazırlayıb infeksion xəstəliklərinizdən birdəfəlik qurtara bilərsiniz

Hazırlanan antibiotikdən orta əsrlərdə Avropa ölkələrinin həkimləri istifadə etmişlər. Onlar bu vasitə ilə yayılan epidemiyaların və infeksion xəstəliklərin qarşısını almışlar.
Ev şəraitində hazırlanan bu maddə əsil antibiotik təsirə malikdir. Belə ki, o orqanizmdə qrammənfi və qrammüsbət bakteriyalara təsir göstərir. Bu təbii dərman maddəsi virus və mikrobəleyhinə də təsir göstərə bilir. Bundan başqa dərman qan dövranını yaxşılaşdırır, limfa daxil olmaqla orqanizmin bütün sistemlərinin fəaliyyətinə müsbət təsir göstərir.Dərmandan kandidoz xəstəliyinin müalicəsi zamanı da istifadə edilir.
Ev şəraitində təbii yollarla antibiotikin hazırlanması
Əvvəlcə əllərə əlcək geyinmək lazımdır ki, istiotun kəskinliyi dərini yandırmasın.
Lazım olanlar
* alma sirkəsi – 700 ml
* xırda doğranmış sarımsaq – ¼ stəkan
* xırda doğranmış soğan – ¼ stəkan
* acı bibər( ən kəskin acı) – 2 ədəd
* zəncəfil – ¼ stəkan
* xren – 2 stəkan
* sarıkök – 2 xörək qaşığı
Hazırlanması
1 Sirkədən başqa bütün məhsullar qarışdırılır.
2 Qarışım şüşə bankaya tökülür.
3 Bankadakı məhsulların üstü örtülənə qədər sirkə əlavə edilir.
4 Bankadakılar qarışdırılır və bankanın qapağı örtülür.
5 Qarışım 2 həftə soyuq və qaranlıq yerdə salanılır.
6 Qarışım ikiqat tənzifdən süzülür və sıxılır, digər şüşəyə tökükür.
7 Qarışımdan qalan bərk məhsulları digər məqsədlər üçün istifadə etmək mümkün olur.
Şüşədəki süzülmüş maddə bizim möcüzəli antibiotikimizdir. Dərman soyuducuda saxlanıldıqda uzun müddət xarab olmur. Ondan müalicə məqsədilə gündə 1 qaşıq içilir. Əldə etdiyiniz maddədən müxtəlif souslara da əlavə edə bilərsiniz. Dərman maddəsini qəbul edərkən aşağıdakı qaydalara əməl etmək lazımdır:
* Qarışımı acqarına içmək olmaz.
* Qəbul edildikdən sonra baş verən ürək yanmanı azaltmaq məqsədilə limon və ya portağal yeyə bilərsiniz.
* Qarışımı ağzınıza alan kimi udun.
* İmmuniteti yüksəltmək və soyuqdəymə əlamətlərini aradan qaldrımaq məqsədilə gündə 1 dəfə 1 xörək qaşıı qəbul edin.
* Əgər ciddi infeksion xəstəlikdən əziyyət çəkirsinizsə o zaman gün ərzində 2-3 qaşıq qəbul edə bilərsiniz.
* Qarışımdam uşaqlara və hamilə qadınlara da vermək olar. Maddə təbii vasitələrdən hazırlanıb və toksiki təsiri yoxdur.
Qarışımın faydalı olmasına səbəb soğöan və sarımsağın geniş spektrli antibiotik və patogen mikroblara qarşı təsirli olması, xrenin ağ ciyrlərə faydalı olması, zəncəfilin iltihab əleyhinə və qan dövranını yaxşılaşdırmaq xüsusiyyətinin olması, acı bibərin antibiotik təsirli olması və qan fəaliyyətini artırması, sarıkökün isə infeksiya və soyuqlama əlamətlərinə qarşı təsir göstərməsidir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu güclü antibiotiki ev şəraitində hazırlayıb infeksion xəstəliklərinizdən birdəfəlik qurtara bilərsiniz" haqqında müzakirə