Aşağıdakı detoksikasiya vasitəsi ilə orqanizmi bir-neçə gündə toksinlərdən təmizləmək olar

  • Müəllif: elnare
  • Tarix: 21 may 2017
  • Baxış sayı: 6 019
  • 0 rəy

Aşağıdakı detoksikasiya vasitəsi ilə orqanizmi bir-neçə gündə toksinlərdən təmizləmək olar

Əgər sizdə səbəbsiz yorğunluqlar və fiziki zəiflik varsa, o zaman sizin orqanizminizin detoksikasiyaya ehtiyacı var. Uzun müddət toksik maddələrin orqanizmdə yığılıb alması dərinin keyfiyyərinin itməsinə, rənginin solmasına, quruluğun artmasına səbəb ola bilir. Vaxtaşırı bağırsaqların təmizlənməsi orqanizmin infeksiya xəstəliklərinə olan immunitetini yüksəldir, qrip və virus xəstəliklərinə tutulma ehtimalını aradan qaldırır. Əgər iş adamısınızsa, o zaman bunu həftədə bir gün – bazar günləri edə və effektini görə bilərsiniz.

Detoksikasiya planı

Detoksikasiyaya başlamazdan əvvəl həmişə səhər acqarına 250 ml ilıq su için.
Birinci gün
Səhər yeməyi 
250 ml ilıq su, 1 stəkan yulaf və 1 xörək qaşığı kətan toxumu və ½ stəkan qara yemişan, 250 ml yaşıl çay, 200 ml yoqurt və badam südü.
Günorta yeməyi
250 ml ilıq su, zeytun yağında qızardılmış 1 otra ölçülü kartof, 1 dərin boşqab pomidor, xiyar və göyərti qarışımından hazırlanmış salat, 1 banan və 1 dlim yemiş
3 saat sonra 
250 ml ilıq su, 1 alma, ¼ stəkan balqabaq tumu, 180 ml yoqurt
Axşam yeməyi
250 qram ilıq su, 1 dərin boşqab limon şirəsi sıxılmış və 1 xörək qaşığı zeytun yağı əlavə edilmiş pomidor-xiyar salatı. Yaşıl kokteyl ( ispanaq, kərəviz, banan və alma qarışımından hazırlanmış)
İkinci gün
Səhər yeməyi
1 stəkan yulıaf həlimi, 200 ml süd, 1 xörək qaşığı kətan toxumu, 1 armud və yaşıl çay
2 saat sonra qreypfurt
Günorta yeməyi
250 ml ilıq su, 200 qram suda bişmiş toyuq əti, tərəvəz şorbası ( bibər, lobya, kartof,yerkökü, soğan və kərəviz tərkibli)
Axşam yeməyi
Yaşıl kokteyl ( badam, banan, giləmeyvə, ispanaq, kələm və xiyar), limon şirəsi sıxılmış çuğundur və yerkökü salatı, gicirtkən çayı
Bu dietanı 3 gün davam etditmək orqanizmin toksinlərdən xaric olunmasına səbəb olur.
Dietanı saxlamadığınız zaman isə aşağıdakı şirəni hər gün qəbul eləməklə orqanizminizin toksinlərdən xilas olmasına nail ola bilərsiniz.
  • * 1 alma
  • * 1 yerkökü
  • * 1 limon
  • * 1 çay qaşığı zəncəfil tozu
  • * 200 ml su
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakı detoksikasiya vasitəsi ilə orqanizmi bir-neçə gündə toksinlərdən təmizləmək olar" haqqında müzakirə