Bu kremi özünüz hazırlayın və ev şəraitində qırışlarınızdan xilas olun

  • Müəllif: elnare
  • Tarix: 9 may 2017
  • Baxış sayı: 7 573
  • 0 rəy

Bu kremi özünüz hazırlayın və ev şəraitində qırışlarınızdan xilas olun.

Əgər üzünüzdə müxtəlif dəri xəstəliklərindən qalan çopurlar, ləkələr və digər problemlər varsa o zaman bahalı kremlərə pul verməkdənsə ev şəraitində özünüz krem hazırlayıb bu problemlərdən xilas ola bilərsiniz. Kremin hazırlanması çox asandır və qısa müddət ərzində krem dəriyə öz təsirini göstərir. Kremin dəriyə göstərdiyi möcüzəli təsiri görmək istəyirsinizsə o zaman siz hazırlayıb istifadə edin və faydasını görün.

Maskanın tərkibi:

  • * 2 çay qaşığı bal
  • * 1 çay qaşığı darçın

İstifadə qaydası:

  1. 1. Hər iki məhsul qarışdırılır və krem halına gətirilir.
  2. 2. Qarışım şüşə qaba tökülür.
  3. 3. Hazırlanmış qarışım üzün dərisinə sürtülür və sürtərkən gözlərin ətrafına sürtməmək üçün diqqət yetirilir.
  4. 4. Maska dəriyə öz təsirini 15-20 dəqiqədən sonra göstərməyə başlayır. 20 dəqiqədən sonra maska isti su ilə yuyulub, təmizlənir, sonda soyuq su ilə yuyulur.
  5. 5. Masaknın effektli olması üçün onu həftədə 1-2 dəfə tətbiq etmək lazımdır.
Maska istənilən tip dəriyə tətbiq edilə bilinir. Quru, yağlı, norlmal olmasından asılı olmayaraq hər bir dəridə maska öz eyni təsirini göstərir. Yanlız bala qarşı allergiyası olanlara bu maskadan istifadə eləmək məsləhət görülmür. Maska dəridəki infeksiya xəstəliklərini sağaldır, qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır, qırışları açır, çapıqların yerlərinin sağaldır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu kremi özünüz hazırlayın və ev şəraitində qırışlarınızdan xilas olun" haqqında müzakirə