QIRIŞLAR ƏLEYHİNƏ MÖCÜZƏLİ KREM

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 951
  • 0 rəy

QIRIŞLAR ƏLEYHİNƏ MÖCÜZƏLİ KREM.
Sizə ev şəraitində hazırlanması mümkün olan qırışlar əleyhinə krem resepti demək istəyirəm. Bu reseptdə yazılanlara əməl eləsəniz, bir həftə ərzində dərinizin necə gözəlləşdiyinin şahidi olcaqsınız. Resept asan başa gəlir. Amma gərək yatmazdan 2 saat əvvəl üzünüzə sürtəsiniz, çünki kremin dəriyə verdiyi xoş təsir 2 saat müddətində öz işini görür. Kremi hazırlamaq üçün aşağıdakılar lazımdır:
– 1 yumurta sarısının yarısı
– 2 çay qaşığı qoz yağı, olmasa zeytun yağı da qatmaq mümkündür
– 1 çay qaşıqı xörək duzu
– 2 çay qaşığı çobanyastığı dəmləməsi (1 xörək qaşığı quru çobanyastığı çiçəyi 200ml suda 15-20 dəqiqə qaynadılır)
– yarım çay qaşığı  bal
– 2 çay qaşığı kosmetik vazilen (apteklərdə satılır)
Bunların hamısı eyni kütlə şəklinə düşənədək qarışdırılır, soyuducuya qoyulur.
Yüngül massaj şəklində dəriyə çəkilir, 30 dəqiqə sonra pambıq tamponla silinib mineral su hopdurulur.
Yuxarıda deyilənlərə əməl etsəniz dərinizin 3 gündə necə dəyişildiyini görəcəksiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"QIRIŞLAR ƏLEYHİNƏ MÖCÜZƏLİ KREM" haqqında müzakirə