Sağlam və təbii yollarla 3 ayda arıqlamaq istəyirsinizsə…

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 4 050
  • 0 rəy

Sağlam və təbii yollarla 3 ayda arıqlamaq istəyirsinizsə…
Zirincdən (qogi berri) istifadə etməklə sağlam yolla çəkini azaltmaq mümükündür. Zirinc nədir?
Zirincin vətəni Çin, Monqolustan və Tibet sayılır. Onun kolu əlverişsiz torpaqda böyümək qabiliyyətinə malikdir və əkildikdən 2 il sonra bar verməyə başlayır.
Zirinc sağlam yolla arıqlamaq istəyənlər üçün əla vasitədir. Belə ki, zirincin meyvəsi çəkini azaltmaqla yanaşı orqanizmin vitamin balansını normada saxlayır və immunitetini aşağı düşməyə qoymur. Onun meyvəsindən, yarpağından və kökündən bir çox xəstəliklərin müalicəində istifadə edilir.
* Zirinc tərkibində ən çox antioksidant olan bitkilərin siyahısında ilk yerlərdən birini tutur.
* Orta Asiya ölkələrinin hamısında zirincdən müalicə məqsədilə istifadə edilir.
* Zirincin tərkibində 13% protein var.
* Zirincin tərkibində olan C vitamini portağalın tərkibindəkindən qat-qat artıqdır.
* Zirincin tərkibi E və B qrup vitaminlərlə zəngindir.
* Bakteriya əleyhinə təsir edir.
* Tərkibi sink, kalsium, selenium və fosforla zəngindir.
* Qanazlığını aradan qaldırır.
* Qaraciyər fəaliyyətini yaxılaşdırır və yağları əridir.
* Zirinc yaddaşı gücləndirir və əzələləri möhkəmləndirir.
* Orqanizmi xərçəngə qarşı qoruyur.
* Zirinc klimakteriya əlamətlərinin aradan qalxmasında yardımçı olur.
* Qan təzyiqini aşağı salmaq qabiliyyətinə malikdir.
* Zirinc qanda şəkərin səviyyəsini normallaşdırır.
* Zirincin tərkibində zeaxantin adlı birləşmə vardır ki, bu da göz xəstəliklərini qarşısını alır və gözün görmə qabiliyyətini artırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sağlam və təbii yollarla 3 ayda arıqlamaq istəyirsinizsə…" haqqında müzakirə