Aşağıdakı psixoloji sualları oxuyun və ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın.

  • Müəllif: elnare
  • Tarix: 2 iyun 2017
  • Baxış sayı: 8 057
  • 0 rəy

Aşağıdakı psixoloji sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Suallarının cavablarını çox düşünmədən, ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın.

— Meşənin içində gedirsiniz. Yanınızda kim var?
— Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz… Nə cür bir heyvandır?
— Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar? (aqresiv və ya əksi)
— Meşənin içində bir az daha gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalinizdaki ev dayanır. Bu evi təsvir edin.
— Xəyalınızdakı evin ətrafında sarmaşıq varmı?

— Evin içinə girirsiniz. Yemək otağına gedirsiniz və yemək masasını görürsünüz. Masanın üzərində və ətrafında nə olduğunu təsvir edin.
— Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində bir qab görürsünüz. Qabın materialı nədəndir? (taxta, şüşə, kağız, dəmir və s.)
— Qabın vəziyyəti necədi? (qırıq, möhkəm, köhnə, yeni). Qab ilə nə edirsiniz?
— Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında tapırsınız. Nə tip bir su (göl, çay, okean və s.) Suyun digər tərəfinə necə keçirsiniz? (yəni islanırsız və ya quru) — Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adamdır.
— Heyvanın böyüklüyü fərdi problemlərinizi nə qədər böyük gördüyünüzü təmsil edir.
— Heyvan ilə aranızda keçən qarşılaşmanın problemlərinizlə necə baş etdiyinizi göstərir. (passiv, aqressiv).
— Xəyalinizdəki evin böyüklüyü problemlərinizi həll etmək üçün nə qədər istəkli olduğunuzu göstərir.
— Evin ətrafında heç sarmaşıq olmaması açıq bir insan olduğunuzu göstərir. İnsanlar hər zaman evinizə ziyarətə gələ bilər. Sarmaşıqların olması bir az daha bağlı bir xarakteri göstərir. İnsanların əvvəl zəng edərək gəlməsini istəyərsiniz.

— Əgər cavabınızın içində, yeməkdə insanlar ya da çiçəklər yoxdursa ümumiyyətlə neqativ bir insansınız.
— Qab nə qədər dayanıqlı bir vəsaitdən edilmiş isə 1ci sualdakı yoldaşınız ilə olan əlaqəniz də o qədər dayanıqlı deməkdir. Məsələn: kağız və şüşə dözümlü deyil bunun əksinə metal ya da plastik möhkəmdir.
— Qab ilə nə etdiyiniz, 1ci sualdakı yoldaşınıza qarşı rəftarınızı ortaya qoyur. Məsələn qab misdən hazırlanmış və içi su dolu isə təkrar evə daşıyırsınızsa, bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər və əlaqənizin möhkəm təməllərə söykəndiyini işarədir. Halbuki qab saxsıdır və qırıq isə, sizdə parçaları evdən uzağa atırsınızsa, bu adam ilə əlaqənizdə problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərir.
— Suyun böyüklüyü sizin məhəbbətinizin göstəricisidir. Suyun digər tərəfinə keçərkən nə qədər islandığınız məhəbbət həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakı psixoloji sualları oxuyun və ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın." haqqında müzakirə