Yaşadığın evin sənin həyatına təsirini bilirdinmi?

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 819
  • 0 rəy
Yaşadığın evin sənin həyatına təsirini bilirdinmi?
Ev alarkən nömrəsinə mütləq diqqət yetirin.Çünki,hər bir nömrənin öz sirri və açıqlaması var.Qapınızın nömrəsinin təsadüfən sizə düşməsi dünyanı idarə edən Allahın işidir və bu nömrə ilə sizə işarə vermək istəyir.
Çalışın bir nömrəli və ya nömrədə olan rəqəmlərin cəminin ilk rəqəmi 1 olan evi alın.Məsələn,138 rəqəmlərinin cəmi 1+3+8 edir 12.On iki rəqəminin ilk rəqəmi 1-dir,bu da o deməkdir ki,siz 138 nömrəli evi könül rahatlığı ilə ala bilərsiniz.
Evin divarlarının da rənginin insanlara təsiri böyükdür.
Evin işıqlı olması orada yaşayanların sağlamlıqlarına birbaşa təsir edir.Belə ki,gün şüaları düşən evdə yaşayan adamlar az xəstələnirlər.Mütəxəssislər gün düşməyən evlərdə yaşayan insanlara evlərin işıqlarının gur yanmasını tövsiyə edirlər.Çünki,işqlı ev insana fərahlıq bəxş edir.
Ev №1
1 planetləri idarə edən Günəşin sayıdır. 1 nömrəli evdə yaşayan insanlara bu rəqəm enerji,güc və şadlıq bəxş edir.1 nömrəli evdə yaşayan insanlar ətrafdakı insanlarda daima fərqlənir və diqqət mərkzində olurlar.
Bir rəqəmi ilə əlaqələndirilən evlərdə böyüyən uşaqlardan gələcəkdə yaxşı rəssam,şair,yazıçı və jurnalist olur.
Evin divarlarının da rənginin insanlar təsiri böyükdür.
Ev №2
2 rəqəmi Ayın rəqəmi hesab edilir.Bu rəqəm həssaslıq və hissiyyatın göstəricisidir.Bu nömrəli evdə yaşayanlar kiçik uşaqlarla işləmək qabiliyyəti olan adamlardır.Ev musiqiçilər və aşbazlar üçün ən uğurlu nömrəli ev hesab edilir.2 nömrəyə uyğun gələn evlərdə güzgünün olması mütləqdir.Bu onlara uğur gətirəcək.Evin divarları üçün zümrüd,yaşıl və açıq sarı rəng ən optimal sayılır.
Ev №3
Bu rəqəm Mars planetinin rəqəmi hesab edilir.Bu nömrəli ev zəif adamlar üçün nəzərdə tutulmayıb.Evdə sözünü deyə bilən adamın yaşaması daha məqsədəuyğun hesab edilir.Bu nömrəli ev passiv adamları xoşlamır.Belə evdə yaşayan adamlar enerjili olmalıdırlar,yoxsa ömürlərini xəstəliklərlə başa vuracaqlar.
Ev №4
Bu rəqəm Merkuri planetinin rəqəmi hesab edilir.4 rəqəmli evdə yaşayan adamlar səyahət etməyi xoşlayırlar.Onlar mütləq ətrafdakılarla kontakta girirlər və daima ətrafdakılarla əlaqəli ünsiyyət saxlayırlar.Bu rəqəmi daşıyan evin əşyaları və işi çox olur.Mavi və boz rəngli divarları 4 rəqəminin uğurlu rəngləri hesab edilir.
Ev №5
Bu rəqəm Yupiterin simvolu hesab edilir.Bu nömrəli evdə yaşayanların həyatı siyasət və ya elmlə bağlı olur,onlar yeni ideya sahibi olurılar.Uğurlu divar rəngi məxməri rəng hesab edilir.Onların evində gümüşü əşyaları olması həyatlarına müsbət təsir edir.
Ev №6
Bu nömrə Venera planetinə aiddir 6 nömrəli evdə yaşayanlar komforta,istirahətə və sevgiyə layiq olan insanlardır.Onlar ətrafdakılaın cavabını yerindəcə verən və onlara əhəmiyyət verməyən insanlrdırlar.6 nömrəli evdə qonaqsevər,səyahəti xoşlayan və xeyirxah insanlar yaşamağa layiqdirlər.Evin uğurlu rəngi açıq gəhvəyi rəng hesab edilir.Bu nömrəni daşıyan evin sakinləri heyvan saxlasalar bu onlara uğur gətirəcək.
Ev №7
Bu nömrə Saturunun nömrəsi hesab edilir. 7 nömrəli evdə yaşayanlar öz hərəkətlərinə cavabdeh ola bilməyən insanlar olur.Onların bu xüsusiyyəti həyatlarında tez-tez problemlərin baş verməsinə səbəb olur.Əksər hallarda ciddi bir işlə məşğul ola bilmirlər.Bu evin uğurlu rəngi tünd göy rəng hesab edilir.
Ev №8
Bu rəqəm Uran planetinin rəqəmi hesab edilir.Bu nömrəni daşıyan ev sakinləri adətən astrologiya və ya görücülüklə məşgul olurlar.Belə evdə yaşayanların ətrafında həmişə dostları olur.Evin uğurlu rəngləri göy qurşağının açıq rəngləri və mavi rəng hesab edilir.8 nömrəli evdə yaşayanlar evin şüşələrini daima təmiz saxlamalı və elektrik avadanlıqları ilə ehtiyyatlı rəftar etməlidirlər.
Ev №9
Bu rəqəm Neptunun nömrəsi hesab edilir.9 nömrəli evdə yaşayanlarda həmişə ağırlıq hissi olur.Bu evdə dindarların,dənizçilərin,ekstrasenslərin və musiqiçilərin yaşaması daha məqsədəuyğun hesab edilir.Bu nömrəni daşıyan ev sakinlərinin pis vərdişləri olur.9 nömrəli ev Bermund üçbucağına bənzəyir,o evin mənfi enerjisi çox olur.  
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Yaşadığın evin sənin həyatına təsirini bilirdinmi?" haqqında müzakirə