Urogenital kandidoz

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 236
  • 0 rəy

Urogenital kandidoz.
Urogenital kandidoz – sinonomləri kandidamikoz, moniliaz, süd yarası və s. – maya göbələkləri tərəfindən törədilən sidik cinsiyyət uzvlərinin, dəri və selikli qişaların xəstəliyidir. Urogenital kandidozun rastgəlmə tezliyi 15%-dən 50%-ə qədər dəyişir. Xəstəliyi Candida albicans göbələyi törədir.
Xəstəlik cinsi yolla keçir. Kandidozun yaranma səbəbləri aşağıdakılardır:
1. Göbələk florasının orqanizmə daxil olmasını təmin edən və qadın orqanizminin ümumi reaktivliyini zəiflədən ekzogen amillər
2. Orqanizmin mübadiləsini zəiflədən endogen amillər
3. Uzunmüddətli antibiotikterapiyadan sonra baş verən disbakterioz
Təsnifatı:
Kandidozun bir neçə forması ayırd edilir:
*Səthi
*Visseral
*Disseminəolunmuş
*Kandidoallergiya
Bundan başqa başvermə müddətinə görə birincili və ikincili olaraq iki yerə bölünür.
Klinikası:
* Kəskin və yarımkəskin urogenital kandidoz;
* Xroniki (residivləşən) urogenital kandidoz;
* Kandidadaşıyıcılıq;
Kəskin və yarımkəskin formalarında xəstəlik 2 aydan artıq sürmür. Xəstəliyin klinik əlamətləri qabarıq olur. Xronik formada isə xəstəlik 2 aydan artıq sürür.
Diaqnostika:
Diaqnoz klinik simptomatika, baxışın nəticələrinə görə zədələnmə nəticələrinə görə, zədələnmə ocagından götürülmüş yaxmalarda bakterioskopik, bakterioloji, immunioloji, immunoferment, ekspress-test sınaqları vasitəsilə törədicinin aşkarlanmasına əsaslanır.
Müalicə:
Genital kandidozun müalicəsi törədiciyə etiotrop təsir və orqanizmdə mikrobla şərtlənən dəyişiklikləri aradan qaldırılması istiqamətində aparılır.Kəskin formada yerli spesifikmüalicə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Urogenital kandidoz" haqqında müzakirə