Urogenital xlamidoz - cinsi yolla keçən xəstəlik.

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 236 896
  • 0 rəy

Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yerlərdən birini tutur. 15-19 yaş həddində olan xəstələrin 46%-i, 20-24 yaşda isə 30%-i bu xəstəliyə yoluxurlar. Urogenital xlamidoz qadınlarda uretrit, kolpit, endoservisit, endometrit, pelvioperitonitə səbəb olur. Urogenital xlamidoz kiçik çanaq üzvlərinin iltihabi xəstəliklərinin əsas törədicisidir. Əksər hallarda uşaqlıqdankənar hamiləliklərdə urogenital xlamidoz infeksiyası aşkar edilir.
Qadın orqanizminin reproduktiv funksiyasının pozulmasında urogenital xlamidozun böyük rolu vardır. Bakı şəhərində aparılan elmi tədqiqatlar göstərmişdir ki, hamilə qadınlar arasında urogenital xlamidoz hallarına təqribən 15% rast gəlinir. Xəstəlik hallarının 70%-i simptomsuz keçir, gələcəkdə dölün, yenidoğulmuşun infeksiyalaşmasına səbəb olur.
Xlamidiya infeksiyalarının törədiciləri təbiətdə geniş yayılmışdır. Xlamidiyaların 4 növü, 3 inkişaf forması vardır. Xəstəlik törədən mikroblar həssas hüceyrələrə yapışır və endositoz yolu ilə onlara daxil olur. İlk 2 saat ərzində elementar cisimciklər petikulyar cismciklərə differensiasiya olunur. Sonra oraya qida maddələrinin daşınması güclənir, metobolik aktivlik yüksəlir. 12 saat sonra hüceyrələr bölünməyə başlayır və 48-72 saat ərzində tam inkişaf mərhələsinə çatır. Xəstəliyin yoluxucusu kəskin və xroniki formada yoluxmuş şəxsdir, inkubasiya dövrü 21-30 gündür.
KLİNİKASI: Infeksiya ocağı sidik kanalı və uşaqlıq boynu kanalıdır. Xəstəlik dizurik əlamətlərlə özünü göstərir. Xəstələrdə halsızlıq, qanaxma, qarının aşağı hissəsində ağrı olur. Xəstəlik irəliləyərsə, boru sonsuzluğuna səbəb olur.
DİAQNOZU: Uşaqlıq yolunun ifrazatının bakterioloji müayinəsinə əsasən qoyulur.
MÜALİCƏSİ: Müalicənin əsas şərtlərindən biri hər iki partnyorun eyni zamanda müalicə almasıdır. Xəstəyə tetrasiklin qrupundan olan preparatlar, göbələkəleyhinə dərman maddələri, eritromisin, psixii-fiziki sakitlik təyin edilir. Müalicə uzunmüddətli olur, antibiotiklərin çox qəbul edildiyinə görə disbakterioz əleyhinə də müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Urogenital xlamidoz - cinsi yolla keçən xəstəlik." haqqında müzakirə