Kandidoz.

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 437 519
  • 0 rəy

KANDİDOZ

Kandidoz – selikli qişaları, əsasən, dərini zədələyən, hətta ağır sepsis verən göbələk xəstəliyidir.
ETİOLOGİYASI: Kandidozun törədicisi 150 – dən çox növü olan Candida qıcqırma göbələyidir. Ancaq bunların bir neçə növü insanı xəstələndirir.
PATOGENEZİ: kandida insanın yoğun bağırsağında, ağız boşluğunda, qadınlarda uşaqlıq yolunda, dəridə tapılır. Uzun müddət antibiotik və immunodepressiv dərmanlar qəbul eləmiş adamların bağırsaqlarında da bu göbələyə rast gəlmək olur. Xəstəlik autoinfeksiya şəklində baş verir.
PATOGENEZİ: Uşaqlara kandida doğuş vaxtı və ya insandan , heyvandan, quşlardan yoluxur. Xroniki xəstəliklər, şəkərli dıabet, diş protezləri ağız boşluğunda kandidanı artırır. Əksər hallarda kandida yerli dəyişikliklər verir, bəzən isə toxumalarda çoxalıb insana toksiki təsir göstərir.
KLİNİKASI: Xəstəlik əsasən 3 forma ilə təzahür edir:
– səthi kandidoz
– yayılmış kandidoz
– kandıda sepsisi
Səthi kandidozda ağızın, udlağın, yemək borusunun, yoğun bağırsağın, uşaqlıq yulunun selikli qişası və dəri zədələnir. Xəstəlik baş verən zaman yoluxmuş nahiyədə şor dənəciklərinə oxşayan, asan qopan, bəzən isə qanaxma verən ağ ləkələr əmələ gəlir. Dərinin nəm yerləri – qoltuq altı, damaq və yanaqların səthi,barmaqların arası, tənasül üzvləri daha çox zədələnir.
Yayılmış kandidoz bir və ya bir neçə orqanın iltihabı, qarın boşluğu orqanlarının patologiyaları ilə təzahür edir.
Xəstəliyin ən ağır təzahürü kandidoz sepsisidir. O, titrətmə, yüksək qızdırma, halsızlıq, yüksək qızdırma əlamətləri ilə təzahür edir.
DİAQNOZU: Xəstəliyin diaqnozu biopsiya müayinəsi zamanı bəlli olur.
MÜALİCƏSİ: Müalicəsi antimikotik dərmanlar vasitəsilə aparılır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kandidoz." haqqında müzakirə