Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?
- Müəllif: elnare
- Tarix: 25 iyun 2017
- Baxış sayı: 9 368
- 0 rəy
Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?
Üz dəriniz cavanlaşmasını istəyirsinizsə, o zaman bu masknı həftədə 2-3 dəfə tətbiq edin. Aşağıdakı maskalar sizin üzünüzün dərisinin gözəlləşməsinə səbəb olacaq.
1. Yulaf maskası
3-4 qaşıq yulaf süddə və ya qaymaqda bir müddət saxlandıqdan sonra üzə yaxıb 15-20 dəqiqə saxlanılır. Sonra üz isti su ilə yuyulur. Bu maska quru dərini yumşldır, qidalandırır və təravətləndirir.
2. Kefir maskası
Kefir üzə və boyun nahiyəsinə sürtülür və 20-25 dəqiqə saxladıqdan sonra isti su ilə yuyulur. Əgər kefirin yağlılığı çoxdursa, o zaman onu həftədə 1 dəfə üzünüzə sürtün. Yox əgər kefir yağsızdırsa, o zaman həftədə 2-3 dəfə kefir maskası qoya bilərsiniz.
3. Kəsmik maskası
2 xörək qaşığı kəsmik, 2 xörək qaşığı yerkökü şirəsi, 2 xörək qaşığı zeytun yağı, 2 xörək qaşığı süd qarışdırılır və eynitərkibli maddə alınır. Bu qarışım üzə 3 mm qalınlığında sürtülür və 15 dəqiqə saxlanılır. Sonra maska isti su ilə yuyulur.
4. Bal maskası
2 xörək qaşığı bal, 2 xörək qaşığı yulaf, 2 çay qaşığı süd qarışdırılır. Qarışım bir müddət saxlanıldıqdan sonra üzə sürtülür və 15-20 dəqiqə sonra isti su ilə yuyulur. Maskanı bala qarşı allergiyası olan damların tətbiq eləməsi məsləhət deyil.
5. Banan maskası
Orta ölçülü banan əzilir, üzərinə 1 çay qaşığı qidalandırıcı krem, 1 çay qaşığı zeytun yağı, yarım çay qaşığı limon şirəsi əlavə edilib qarışdırılır. Qarışım üzə sürtülür, 15-20 dəqiqə saxlandıqdan sonra isti su ilə yuyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?" haqqında müzakirə