Hamiləlik zamanı kərəviz yeyərkən diqqətli olmaq lazımdır

  • Müəllif: elnare
  • Tarix: 14 iyun 2017
  • Baxış sayı: 3 602
  • 0 rəy

Hamiləlik zamanı kərəviz yeyərkən diqqətli olmaq lazımdır

Bütün qadınlar mətbəxində və süfrəsində göyərtilərdən istifadə edir. Göyərtilərdən yeməklərin yanında, yeməklərin dadlandırılması məqsədilə və ya bəzək vasitəsi kimi istifadə edilir. Göyərtilər vitamin və minerallarla zəngindir. Yeməklərdə dadlandırıcı kimi istifadə edilən göyərtilərdən biri də kərəvəzdir. Kərəvizdən şorbalarda, salatlarda, şorabaların hazırlnmasında geniş istifadə edilir. Kərəviz orqanizm üçün çox faydalıdır. Bu səbəbdən də ən çox hamilə qadınların hamiləlik dövründə kərəvizdən bol istifadə etmələri məsləhət görülür.

Kərəviz lifli qidalardandır. Buna görə də vegeteryanlar və sağlamlıqlarını qayğısına qalan adamlar kərəvizi çox sevirlər. Kərəviz yemək insanda toxluq hissi yaradır. Tərkibində olan kalium, dəmir, sink gələcək anaların ən çox ehtiycları olan minerallardır. Xalq təbabətində kərəvizi yaraların, yanıqların tez sağalması, böyrəklərin və mədə-bağırsağın xəstəlikləri zamanı istifadə edilir. Stress zamanı da bir-neçə gün kərəviz yemək stresin aradan qalxmasına səbəb olur. Yatmazdan əvvəl kərəviz yemək gecə boyu rahat dincəlməni təmin edir.

Dəridə olan yaraların tez sağalması üçün isə kərəviz suyunu tənzifə hopdurarq yaranın üstünə qoymaq yaranın tez sağalmasına səbəb olur.

Kərəviz kökü və yağından axşam yeməyi zamanı istifadə etmək yuxusuzluqdan əziyyət çəkənlər üçün ən yaxşı vasitə sayılır.
Mütəxəssislər hamiləlk zamanı həddindən çox kərəviz yeməyi məsləhət bilmrlər. Belə ki, kərəviz hamiləlik zamanı qanın uşaqlığa axınını sürətləndirə və tonusun artmasına səbəb ola bilir. Bu isə vaxtından əvvəl uşaqsalmaya səbəb ola bilər. Mütəxəssislər hamilə qadınları, hamiləlik zamanı kərəviz yeyərkən diqqətli olmağa çağırır
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik zamanı kərəviz yeyərkən diqqətli olmaq lazımdır" haqqında müzakirə