KƏRƏVİZ HAQQINDA BİLMƏDİKLƏRİNİZ

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 10 225
  • 0 rəy

KƏRƏVİZ HAQQINDA BİLMƏDİKLƏRİNİZ.
Kərəviz qiymətli qida məhsullarından biridir. O, qida məhsulu olmaqla yanaşı müalicəvi təsirə də malikdir. Kərəviz ürək damar xəstəliklərində, böyrək xəstəliklərində, sinir sistemi xəstəliklərində əvəzsiz dərman vasitəsidir. Kərəviz qocalmanı ləngidir, böyrək fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır. Revmatizm xəstəliyi və podaqranın da müalicəsində kərəvizin tayı-bərabəri yoxdur.
Kərəvizin tərkibində çoxlu vitaminlər, amin turşrlar, zülallar və minerallar var. Kərəvizi hər yaşda olan adam qəbul edə bilər. Kərəvizin aşağıdakı faydaları var:
– Hamiləlik zamanı böyrəkərin fəaliyyəti zəiflədikdə, duzların miqdarı artdıqda kərəviz dəmləməsi çox faydalıdır.
– Kərəviz dəmləməsini düzənli olaraq içdikdə orqanizmdə su-duz mübadiləsi normaya düşür.
– Hər axşam yatmazdan qabaq 1 stəkan kərəviz dəmləməsi sinirləri sakitləşdirir, yuxunu dərinləşdirir.
– Kərəvizin kökündə efir yağları olduğu üçün dəmləməsi daxili sekresiya vəzilərinin fəaliyyətini yaxşılaşdırır.
– Şəkərli diabet xəstələrinə gündə bir-neçə stəkan kərəviz çayının çox faydası var.
Kərəvizin yarpaqlarında karotin, asparaqin, nikotin turşusu, tirozin, efir yağları və mikroelementlər var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"KƏRƏVİZ HAQQINDA BİLMƏDİKLƏRİNİZ" haqqında müzakirə