Aşağıdakılarla qidalanaraq bir həftədə 5 kq artıq çəkidən xilas ola bilərsiniz

  • Müəllif: elnare
  • Tarix: 23 iyun 2017
  • Baxış sayı: 3 397
  • 0 rəy

Aşağıdakılarla qidalanaraq bir həftədə 5 kq artıq çəkidən xilas ola bilərsiniz.

Lazım olanlar:

  • - xırda doğranmış kərəviz – 1 dəstə
  • - xiyar – 1 ədəd
  • - xırda doğranmış cəfəri – 250 qram
  • - xırda doğranmış ananas – 200 qram
Adları qeyd edilən məhsullar blenderdə eynitərkibli maddə halına gələnə qədər üyüdülür. Qarışıma duz, istiot, şəkər və s. əlavə etmək olmaz.
Qarışım hazır olduqda 15 dəqiqə müddətində içilməlidir. Bu müddət ərzində qarışım öz keyfiyyətini saxlayır. Qarışımı hər səhər acqarına içmək lazımdır. Qarışımı qəbul edən günlərdə sağlam qidalar qəbul edilərsə, gün ərzində ən azı yarım saat idmanla məşğul olunarsa, o zaman 1 həftə ərzində 5 kiloqram artıq çəkidən xilas olmaq olar.
Bu resept əsasən qarın bölgəsində yığılan piylərdən xilas olmağa yardım edir. Bəs qarışımın sirri nədədir?
Kərəviz az kalorilidır, onun 100 qramında 16 kkalori var. Kərəvəzin tərkibində olan liflər mədəni tox tutur, aclıq hissini aradan qaldırır və arıqlamağa yardım edir.-
Kərəviz kimi xiyar da mədədə toxluq hissi yaradır. Onun 95%-ni su təşkil edir. Arıqlamaq istəyən hamıya dietoloqlar xiyar yeməyi məsləhət bilir.
Cəfəri lifli qidalardandır. Onun tərkibi kərəvizin tərkibinə çox yaxındır. Cəfəri orqanizmdən artıq mayenin çıxmasına səbəb olur.
100 qram ananasda 1 qram həll olmayan liflər var. Ananasın enerji dəyəri yüksəkdir. Ananasdan içkini dadlandırmaq üçün istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakılarla qidalanaraq bir həftədə 5 kq artıq çəkidən xilas ola bilərsiniz" haqqında müzakirə