İldırımvurma

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 1 792
  • 0 rəy

İldırımvurma.
İldırım təbiət hadisəsidir. İnsanlar həmişə ildırımdan qorxublar. Belə adamları qədim dövrlərdə fəqli insanlar kimi qəbul ediblər, hətta onlarla bir süfrədə oturmağı özlərinə əskiklik sayıblar. Qədim slavyan xalqları hətta ildırım vurub sağ qalmış adamlarla ailə qurmağı qadağan ediblər. Mərkəzi Amerika ölkələrində isə belə adamları Allahın göndərdiyi insanlar hesab ediblər.
İldırımvurmadan sonra insanların bədənində iz qalır. Qədim dövrlərdə bu izləri sirli izlər hesab ediblər. Əslində isə bu xırda kaplyarların partlamalarının və ya yanıqlardan sonra qalan çapığın izləri olur.
Bəs iıldırımvurma nədir və insan orqanizmində hansı patologiyaların əmələ gəlməsinə səbəb olur?
İldırımvurma insan həyatı üçün təhlükəli ola bilən bir təbiət hadisəsidir. Bu hadisə insanların tənəffüsündə, ürək döyünməsində patoloji halların əmələ gəlməsinə, qıcolmaların, huşun itməsinin baş verməsinə səbəb olur. Statistikanın hesablamalarına görə ildırım vuranların 86%-i kişilərdir.
İldırımım eyni adamı bir-neçə dəfə vurması dəfələrlə öz təsdiqini tapıb. Amerikalı Samer Fordu 3 dəfə ildırım vurmuş və öldürmüş, dördüncü dəfə isə onun qəbir daşını parçalamışdır.
Başqa bir amaerikalı Rols Sallevanı 7 dəfə ildırım vurmuş və o sağ qalmışdır.
Mütəxəssislər ildırımda 28000* istilk olduğunu söyləyirlər. İldırımvurma zamanı insanla ildırımın təması çox qısa bir anda baş versə də, onun əmələ gətirdiyi yanıq izləri dərin olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İldırımvurma" haqqında müzakirə