Evinizdə dəfnə yarpağı yandırın və faydalanın
Dəfnə yarpağının yanması evdə yaxşı armosferin əmələ gəlməsinə səbəb olur
Evinizdə dəfnə yarpağı yandırın və faydalanın.
Ətirlərin insan orqanizminə təsir etməsi çoxdan öz təsdiqini tapıb. Hər bir qoxu isə orqanizmə bir cür təsir edir. Dəfnə yarpağını yandırarkən əmələ gələn qoxu orqanizmə sakitləşdirici, rahatlaşdırıcı təsir göstrir. Dəfnə yarpağı yanarkən otaqda meydana çıxan qoxu insanın zehninin açılmasına səbəb olur. Biz dəfnə yarpağından mətbəxtdə istifadə edirik. Amma onun aromaterapiyasından heç istifadə etmirik.Dəfnə yarpağından müalicə vasitəsi kimi qədim dövrlərdə ilk dəfə misirlilər istifadə ediblər. Onlar dəfnə yarpağının ətrindən müxtəlif xəstəliklər zamanı istifadə ediblər. Bu qoxu güclü iltihab əleyhinə və sakitləşdirici təsirə malikdir. Misirlilər dəfnə yarpağını yandıraraq onun iyindən qıcolmalar zamanı istifadə ediblər. Bu qoxu orqanizmə aşağıdakı təsiri göstərir:
- * nəfəs yollarını açır
- * xolesterinin miqdarını sintez edir
- * stressi aradan qaldırır
- * yuxunu normallaşdırır
- * arterial təzyiqi aşağı salır
Dəfnə yarpağının iyi evdəki tarakanların evdən uzaqlaşmasına səbəb olur. Onun kəskin iyinə qarşı tarakanlar sərt reaksiya verirlər.
Müalicə məqsədilə dəfnə yarpağının həm təzəsindən, həm də qurusundan istifadə edə bilərsiniz. Bitkinin iyinin kəskin olması yarpaqların quruluğundan asılı olaraq azalmır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Evinizdə dəfnə yarpağı yandırın və faydalanın" haqqında müzakirə