Deyinməyin faydaları

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 3 957
  • 0 rəy

Deyinməyin faydaları
İngilis alimləri öz-özünə danışmağın insana faydalı olduğunu söyləyirlər. Alimlər hətta bunun dəliliklə əlaqəsinin olmadığını deyirlər. Alimlər dodaq altında mahnı züm-zümə etməyin insanları motivasiya etdiyini də söyləyirlər. Bunu söyləməyə onların uzun illər apardıqları araşdırmalar təsdiq edib.
Alimlər 45 000 könüllü arasında sorğu aparıb və belə nəticəyə gəliblər ki, danışaraq iş görmək, nəyi isə planlaşdırmaq və ya idmanla məşğul olmaq insanı motivasiya edir və diqqətinin bir yerə cəmlənməsinə səbəb olur. Mütəxəssislər hətta deyinə-deyinə oyun oynayan adamların əksər hallarda qələbə çaldıqlarını qeyd edirlər.
Alimlər xüsusilə öz problemlərini və çatışmazlıqlarını özlərinə səslə etiraf edən adamların, öz səhvlərinə yandan baxmaq qabiliyyətinin olduğunu vurğulayırlar. Bu xüsusiyyət isə insana doğru yol göstərir və müxtəlif problemlərin həllini asanlıqla tapmağa yardım edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Deyinməyin faydaları" haqqında müzakirə