DƏRİDƏ LƏKƏLƏRİN ƏMƏLƏGƏLMƏ SƏBƏLƏR

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 5 406
  • 0 rəy

DƏRİDƏ LƏKƏLƏRİN ƏMƏLƏGƏLMƏ SƏBƏLƏRİ
Dəridə ləkələrin əmələ gəlməsinə səbəb müxtılif xəstəliklərdir. Belə xəstəliklərə misal olaraq qızılcanı, məxmərəyi, leptospirozu, enterevirusu, makulozu və s. misal göstərmək olar. Dəridə adətən hansısa xəstəliyin əlaməti olan səpgiləırdən sonra ləkələr qalır.
Qızılca demək olar ki, bütün hallarda səpgi ilə müşyət edilir. Adətən səpgilərdən əvvəl xəstədə yuxarı tənəffüs yollarının iltihabi xəstəliyin əlamətləri meydana çıxır. Səpgilər 3-5 mm ölçüdə olur, əvvəlcə xəstənin üzündə, sonra gövdə və qollarında, daha sonra isə ayaqlarında peyda olur. Səpgilərin yerində qızılca peyvəndi olunmayan xəstələrin dərilərində ləkələr qalır.
Məxmərək xəstəliyində səpgi çox vaxt kiçik nöqtəvari, 6-20 mm ölçüdə olur. Səpgilər girdə, çəhrayı-qırmızımtıl rəngdə olur, 2-3 gün ərzində adətən itir. Xəstəlik ağırlaşarsa və səpgilərə lazımsız müdaxilələr olunarsa səpgiləırin yerində ləkələr qala bilər.
İnfeksion mononukleoz bəzən qızılcayabənzər, amma papula xarakterli səpgi verən xəstəlikdir. Adətən qeyri düzgün formalı, 6-15 mm ölçüdə səpgi olur, çoxu üzdə yerləşir, bir –birinə birləşir. Piqmentləşmə və qabıqlaşma verə bilir, xəstəlik düzgün müalicə olunmasa və səpgilərlə lazımi qaydada rəftar edilməsə, səpgilərin yerində ləkələr qalır.
Leptospiroz xəstəliyində də bəzən ləkəli , ağırlaşması zamanı isə hemorragik səpgilər olur. Səpgilər bütün bədənə yayılır, bəzən birləşərək bütün bədənə yayılır. 4-6 gündən sonra səpgilər avazıyıb sağalır, yerində ləkələr qalır.
Enterevirus çox vaxt kiçik ləkələr şəklində peyda olur, xəstəliyin 1-2 –ci günləri meydana çıxır, sonra iri ləkələr bir-biriylə birləşərək eritematoz sahələrə çevrilə bilər.
Makuloz ikincili siflisin əlamətlərindən biridir. Adətən ləkəli, bəzən rozeola və papula şəkilli səpgi bütün bədənə yayılır, əsasən gövdədə toplanır. Müalicə düzgün getmədikdə səpgilərin yerində ləkələr qalır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"DƏRİDƏ LƏKƏLƏRİN ƏMƏLƏGƏLMƏ SƏBƏLƏR" haqqında müzakirə