Ksantoma
Ksantoma qanda lipid səviyyəsinin artmasi ilə əlaqədar olaraq dəridə lipid toxumasının əmələ gəlməsidir. Qanda lipid səviyyəsinin artması lipid mübadiləsinin pozulması ilə əlaqədardır. Xəstəlik birincili və simptomatik ola bilir.
Birincili ksantoma qanda lipid funksiyasının pozulması nəticəsində dəridə kiçik, açıq rəngli dəri artımlarının əmələ gəlməsidir.
İkincili ksantoma isə başqa xəstəliklər zamanı hiperlipidemiyanın əmələ gəlməsidir. İkincili ksantinomanın əmələ gəlməsinə endokrin sistemin xəstəlikləri, öd yollarının xəstəlikləri, pankreatit, xolesterolun yüksəlməsi səbəbindən lipid funksiyasının pozulmasıdır. Bu zaman qanda lipidin artmasına səbəb olan xəstəlikləri müalicə eləmək lazımdır.
Ksantinomanın hansı səbəbdən əmələ gəlməsini bildikdən sonra müalicəyə başlamaq daha effekli təsir göstərir. Dəridə lipid artımları dərinin distrofik zədələnmələri zamanı degenerasiyada baş verən pozğunluqlar zamanı da əmələ gələ bilir. Ksantinomaları cərrahi yolla götürmək mümkündür. Artımları xəstəxana şəraitində xloretillə keyləşdirməklə kəsib götürülür.
Ksantinoma gözlərin ətrafında, diz və dirsəklərdə, nadir hallarda isə topuqda əmələ gəlirlər. Onların cərrahi yolla kəsilib götürülməsi çətinlik törətmir. Amma ksantoma xəstəliyi ailəvi xəstəlikdirsə, onun cərrahi müalicəsi əhəmiyyət kəsb eləmir. Çünki ailəliklə hiperlipidemiyadan əziyyət çəkənlərin bədənində bu şiş toxumalarından çox və davamlı olur.
Dəridə əmələ gələn ksantomaların sayının artmaması üçün qanda lipidlərin miqdarını azaltmaq lazımdır. Bunun üçün həkimi təyin elədiyi dərman preparatlarını qəbul eləməklə yanaşı, bəzi bitki dəmləmələrindən istifadə edilərsə, müalicə daha effektli olar.
Qanda lipidlərin miqdarını azaltmaq üçün qarğıdalı kəpəyi dəmləməsindən, itburnu dəmləməsindən, bağayarpağı şirəsindən istifadə etməkdə fayda var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ksantoma" haqqında müzakirə