Hepatit A

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 540 695
  • 0 rəy

 
HepatitA- bütün dünyada yayılan qara ciyərin virus xəstıliyidir
Səbəbləri
Xəstəliyə yoluxma çirklənmiş qida və ərzaq məhsulları ilə olur.Xəstə ilə kontaktda olan onunla eyni qabdan, tualetdən istifadə etdikdə bilavasitə yoluxa bilər.
Simptomları
Hepatit A-kəskin olaraq yüksək hərarət ilə başlayır,bu da 4-10 gün çəkir.Xəstədə ümumi zəiflik,halsızlıq,iştahanın itməsi,ürəkbulanma,qusma,əzələlərdə ağrı qeyd olunur.Daha sonra əzələ prosesə cəlb olunur,sidik tündləşir.1-2 gün sonra dəri və gözlərin içi saralır,nəcis rəngsiz olur.Bu zaman hərarət və ürəkbulanma olmur.Xəstədə ümumi qaşınma və qarında ağrı ola bilər.Bəzi adamlarda,xüsusilə də hepatit A simptomsuz keçir.Hepatit A qara ciyərə uzun müddətli zədələyici təsir etmir, lakin nadir hallarda qara ciyər çatmamazlığı komaya və ölümə səbəb ola bilər.Belə xəstələrin əksəriyyəti tam müalicə olunurlar.Bu xəstəliyi keçirənlərdə davamlı ömürlük immunitet yaranır.
Qida hazırlayarkən, digər yerlərə getdikdə gigiyena qaydalarına riayət etmək lazımdır.Kəndlərə getdikdə, sudan istifadə etdikdə ehtiyatlı olun.Çiy tərəvəzlərdən ,meyvələrdən,qeyri-sanitar yerlərdə bişirilən yeməklərdən imtina etmək lazımdır.
Həkim belə xəstəni müvafiq xəstəxanaya göndərməlidir. Bu zaman tam yataq rejiminə əməl ediməlidi. 98% hallarda tam sağalma baş verir.
Profilaktika
Gigiyenik qaydalardan başqa, virus hepatit A- ya qarşı vaksinasiya aparmaq effektiv olaraq qalır. Digər ölkələrə səhayət zamanı vaksinasiya aparmaq məsləhətdir. Həkim bu və digır ölkəyə səyahət edecəyiniz zaman sizə muvafiq vaksinasiya mərkəzi göstərəcək. Hepatit A – ya qarşı vaksina böyüklərə və iki yaşdan yuxarı uşaqlara vurulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hepatit A" haqqında müzakirə