Neyrofibroma
Neyrofibroma dəridə, dərialtı piy toxumasında, yumuşaq toxumalarda, birləşdirici toxumaların, onurğa beynin kökündə olan sinirlərin xoşxassəli şiş xəstəliyidir. Xəstəlik 4 min adamdan birində rastlanır. Neyrofibromanın 2 dərəcəsi ayırd edilir:
1-ci dərəcə neyrofibroma südəmər yaşla 5 yaş arasında baş verir.
2-ci dərəcə neyrofibroma 10-20 yaş arasına meydana çıxır. Xəstəlik 50% adamlarda ailəvi xarakter daşıyır.
Neyrofibromanın 2 növü ayırd edilir:
– periferik sinirlərdə əmələ gələn şiş toxuması
– mərkəzi sinirlərdə əmələ gələn şiş toxuması.
Birinci növ neyrofibroma 17-ci xromosomda autosom dominant geni daşıyan adamlarda rast gəlinir.
İkinci növ neyrofibroma 22-ci xromosomda autosom mutant geni daşıyan şəxslərdə meydana çıxır.
Şiş sinirin başında, ücunda, boyun hissəsində əmələ gələ bilir. Neyrofibroma əsasən dərinin üst qatında meydana çıxan fibromatoz düyünlərlə xarakterzə olunur. Şiş toxuması tək və ya çoxlu şəkildə əmələ gələ bilər. Neyrofibroma nadir hallarda bədxassəli şişə çevrilə bilir.
Neyrobibromanın meydana çıxması şişin ölçüsündən və onun yerləşdiyi yerdən asılıdır. Belə xəstələrin 80%-ində şişin dərisinin rəngi çəhrayı və ya südlü kofe rəngində olur. Demək olar ki, neyrofibroma xəstələrinin hamısının əzələarası hissədə olan dəridə çillər əmələ gəlmiş olur.
Xəstəliyə diaqnozu palpasiya (əlləmə) yolu ilə qoyulur. Şiş toxuması dərinin xaricində yerləşdiyi üçün asanlıqla görünür və əllənib təyin edilir.
Xəstəliyin müalicəsini cərrahi yolla etmək olar. Müalicə məqsədilə xəstələrə şüa terapiyası təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Neyrofibroma" haqqında müzakirə