Bakterial allergiya
Bakteriyaların və onların həyat fəaliyyəti məhsullarının orqanizmə təkrarən daxil olması nəticəsində baş verən allergiya bakterial allergiya hesab edilir. Allergiyanın bu növünü ilk dəfə R. Kox dərisi altına tuberkulin yeridilmiş vərəmli xəstələrdə müşahidə etmişdir. Tuberkulin içərisində vərəm çöplərinin kulturası olan bulyonun filtiratıdır. Onu vərəmli xəstələrin dərisi altına yeritdikdən 6-12 saat sonra infeksiya nahiyyəsində hiperemiya və şişkinlik əmələ gəlir. Bu dəyişikliklər 24-48 saat sonra maksimal səviyyəyə çatır. Vərəmə yoluxmamış şəxslərdə bu reaksiya müşahidə edilmir.
Tuberkulinə qarşı reaksiya bakterial allergik reaksiyaların tədqiq edilmiş ilk növüdür. Bu cür reaksiyaların bütün növlərinə tuberkulin tipli reaksiyalar deyilir.
Bakterial allergik reaksiyalardan bir sıra yoluxucu xəstəliklərin diaqnostikasında geniş istifadə edilir. Bu diaqnopstik reaksiyaların spesifikliyi kifayət qədər yüksəkdir. Onların kliniki və laborator üsullarla aşkar edilməsi mümkün olmayan xəstəliklərin diaqnozunu qoymağa yardım edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bakterial allergiya" haqqında müzakirə