Doğuşun ağrısızlaşdırılması

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 986
  • 0 rəy

Doğuşun ağrısızlaşdırılması.
Qadınların çoxunda doğuş ağrılarla müşayət olunur. Ağrı əsasən uşaqlıq boynunun açılması və dölün qovulması zamanı baş verir. Doğum zamanı ağrılar bəzən saatlarla və hətta bir-neçə gün baş verə bilir.
Qadınlar üzərində aparılan müşahidələr zamanı məlum olmuşdur ki, ağrıların çox olması qadının sinir sistemini haldan salır və orqanizmə zərər verir.
Əslində doğuş normal getdikdə ağrısızlaşdırmaya ehtiyac olmur. Lakin bəzən buna çox ehtiyac duyulur.
Doğuşun ağrısızlaşdırılmasında ilk profilaktik məqsəd qadını doğuma qədər psixoloji hazırlamaqdır.
Doğumqabağı aparılan psixoterapevtik müalicələr xəstələrə doğuş zamanı çox kömək edir.
Psixoterapevtik müalicələr təsir etmədikdə xəstələrə doğuş zamanı ağrıkəsici dərman preparatlar təyin edilir.
Doğuş zamanı ağrının əmələ gəlməsində uşaqlıq boynunun sinir uclarının qıcıqlanması böyük rol oynayır. Belə ki, dölün irəliləyən başı uşaqlıq boynunda olan sinirlərə təsir edir və güclü ağrılar əmələ gəlir.
Doğuş zamanı uşaqlığın və cinsiyyət orqanının digər nöqtələrində də sinirlərin qıcıqlanması baş verdiyinə görə ağrı daha şiddətli olur.
Sinis sitemi möhkəm olan qadınlarda xəstə həkimin və mamaçanın göstərişlərinə əməl etdikdə doğuş normal və az ağrı ilə müşahidə olunur. Sağlam hamiləlik keçirmiş, qadının doğuşu adətən az ağrı ilə qısa müddətdə baş verir. Belə ki, qadın doğuş zamanı özünü sakit və təmkinli apararsa, doğuşun fizioloji hal olduğunu qəbul edərsə, prosesin kliniki gedişi də normal olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Doğuşun ağrısızlaşdırılması" haqqında müzakirə