Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 128
  • 0 rəy

Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri.

Hamiləliyin neçənci ayı olursa, olsun hər anda təhlükə baş verə bilər. Aşağıda hamiləlik zamanı baş verə biləcək təhlükələr və onların əlamətləri qeyd olunmuşdur.
1. Uşaqlıq qanaxması – dölün düşmə təhlükəsi olduğu, yarımçıq doğuşun baş verdiyi zaman olur.
2. Qarında ağrı – dölün düşmə təhlükəsi, boru hamiləliyi, sonun ayrılması, doğuşun başlaması zamanı olur.
3. Uşaqlıq daxilində qaşınma – vaxtından əvvəl doğum təhlükəsi.
4. Qarında ağrı və gərginlik – sonun ayrılması, doğuşun başlaması, erkən doğuşun əlamətləri ola bilər.
5. Uşaqlıq yolundan axıntının gəlməsi – uşaqlıqda infeksiyanın olması və doğumun başlamasının əlaməti ola bilər.
6. Bütün bədənin şişməsi – prieklampsiyanın əlaməti ola bilər.
7. Şiddətli baş ağrıları – prieklampsiya əlamətləri ola bilər.
8. Görmə pozğunluqları (bulanıq görmə, gözün bir hissəsinin görməməsi, gözün önündə qarışqaların gəzməsi) prieklampsiya əlamətidir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri" haqqında müzakirə