Doğuş zamanı baş gəlişləri
Açılış gəlişində çanaq girəcəyinə daxil omuş baş müxtəlif dərəcələrdə açılmış vəziyyətdə olur:
I dərəcə - ön baş gəlişi
II dərəcə - alın gəlişi
III dərəcə - üz gəlişi
Ön baş gəlişində baş bir qədər açılmış vəziyyətdə,əmgəklər bir səviyyədə olmaqla özünün düz ölçüsü ilə çanaq girəcəyinə pərçim olunur.
Alın gəlişində baş daha çox açılmış olur.Belə ki,baş daha çox açılmış olur.Belə ki,baş çanaq girəcəyinə öz böyük çəp ölçüsü ilə daxil olur.Çanaq girəcəyində başın alın hissəsi yerləşir.
Üz gəlişində baş artıq dərəcədə açılmış olur.Bu vaxt çanaq girəcəyinə dölün üzü daxil olur.Xarici müayinədə başla bədən arasında əmələ gəlmiş düzbucaq hiss olunur.
Açılmış gəlişlərin səbəbləri aşağıdakılardır:
* dölyanı mayenin çox olması
* iri döl
* döl boynunun şişləri
* dar çanaqlar
* çoxdöllülük
* uşaqlığın submukoz şişləri
* göbək ciyəsinin qısa olması
Ön baş gəlişi açılmış gəlişlərin ən zəif forması hesab edilir.Bu gəlişdə baş çanaq girəcəyinə bir qədər aılmış vəziyyətdə daxil olur.
Bu cür doğuşlarda bir-neçə moment qeydə alınır.Bu momentlər dölün gəlişinə,uşaqlıq boynunun açılışına,doğuşun gedişinə uyğun olaraq qeyd edilir.
Bu zaman momentlər daima ginekoloqun nəzarəti altında saxlanılır doğuş diqqətlə idarə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Doğuş zamanı baş gəlişləri" haqqında müzakirə