Hamilə qadınlarda bel ağrıları
Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərkəzi dəyişir. Bununla əlaqədar olaraq bel əzələlərinin yükü artır. Hormonlar orqanizmi doğuşa hazırladığı üçün bel fəqərələri və çanaq sümüklərində gərginlik baş verir. Bu səbəblərdən də qadınlarda bel ağrıları (lümbalgiya) olur.
Hamiləlik zamanı beldə ağrıları azaltmaq üçün geyilən ayaqqabıya diqqət etmək lazımdır. Həddindən çox hündür və ya dabansız ayaqqabı geymək fəqərələrin duruşuna təsir edib, sinirləri sıxdığı üçün beldə ağrıların əmələ gəlməsinə səbəb olur. Bədəninizin gəzərkən aldığı vəziyyət, duruş tərzi, hər hansı qaldırılmış yükün ağırlığı hamilələrdə bel ağrılarının baş verməsinə səbəb ola bilir.
Hamilə qadın belində ağrıların baş verməməsi üçün aşağı əyildiyi zaman, yataqdan qalxdığında, yana əyildiyi zaman hərəkətlərinə diqqət yetirməlidir.
Hamiləlikdə bel ağrılarının olması patoloji hal sayılmır. Əgər ağrılar həddindən artıq və dözülməzdirsə təbii vasitələrlə onu aradan qaldırmağa çalışmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Gərginlik səbəbli baş ağrıları
29 dekabr 2016
Hamiləlikdə istirahət və yuxu
29 dekabr 2016
Hamiləlikdə çəki artımı
29 dekabr 2016
Hamilələrin gigiyenası
29 dekabr 2016
"Hamilə qadınlarda bel ağrıları" haqqında müzakirə