Diş protezlərinin allergik təsirləri
Statistikaya əsasən diş protezlərinin materiallarına qarşı dözümsüzlük stomatoloq-ortopedə müraciət edən pasientlərin 6-10%-ində qeyd olunur. Bu zaman protez materialına qarşı allergiya əlamətləri həm protez qoyulduqdan sonra ilk gün ərzində, həm də protezləmədən bir neçə il sonra təzahür edə bilər.
Protez materiallarına qarşı allergik reaksiya tez-tez protezlərin metallik sonluqlarına, həmçinin ortoped-stomatoloq tərəfindən tətbiq olunan akrilat, sement, məcun, boyayıcılar, plastifikatorlar və başqa materiallara qarşı yaranır.Protez materiallarına qarşı allergiyanın profilaktikası allerqoloji anamnezin toplanması, risk qrupuna daxil olan insanlara istifadəsi nəzərdə tutulmuş material komponentləri ilə profilaktik dəri sınaqlarının aparılması vasitəsilə diş protezləməyə hərtərəfli hazırlıqdan ibarətdir. Belə sınaqlar yalnız ixtisaslaşmış müəssisələrdə sertifikasiyadan keçmiş həkim-allerqoloqlar tərəfindən aparılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Diş protezlərinin allergik təsirləri" haqqında müzakirə