PELVİOPERİTONİT
Pelvioperitonit kiçik çanaq peritonunun iltihabıdır. Xəstəlik zamanı kiçik çanaq peritonunun iltihabi prosesə cəlb olunması sonra başlayır. Uşaqlıqda və uşaqlıq artımlarında iltihabi proses törədən infeksiya kanal, limfa və hematogen yollarla peritona yayılır. Çox zaman kiçik çanaq peritonun iltihabına mikrobların assosiasiyasına görə 2 qrupa bölünürlər:
– pathogen
– şərti pathogen
Eksudatın xarakterinə görə pelvioperitonitin aşağıdakı növləri ayırd edilir:
– seroz-fibroz
– irinli
KLİNİKASI: Xəstəlik kəskin inkişaf edir. Xəstənin şikayəti hərarətin yüksəlməsindən (39 dərəcə), üşütmədən, nəbzin tezləşməsindən, qarının aşağı hissəsində kəskin ağrılardan və köpün olmasından olur. Xəstələrdə ürəkbulanma və qusma olur. Xəstənin dili nəm və ərpli olur, bağırsaqların peristaltikası zəifləyir. Xəstələrin qarnını alt hissəsində ağrı və gərginlik olur.
Pelvioperitonitin xüsusi bir forması var ki, budüz bağırsaq-uşaqlıq boşluğunun absesidir. Absesin əmələ gəlməsinə səbəb abortlarda arxa tağın zədələnməsi, pozulmuş boru hamiləliyi, pioovarın partlaması səbəb olur.
Müayinə zamanı xəstələrdə leykositoz, EÇR-in artması, ultrasəs müayinəsi zamanı qarın boşluğunda sərbəst maye aşkar olunur.
Laparoskopiya zamanı kiçik çanaq peritonunun və bağırsaq ilgəklərinin hiperemiyası aşkar olunur. Xəstə qarnının aşağı hissəsində ağrıdan, gərginlikdən, hərarətin yüksəlməsindən şikayətlənirlər. Uşaqlıq yolunun müayinəsi və arxa tağdan aparılan punksiya diaqnozun qoyulmasına kömək edir.
MÜALİCƏSİ: Müalicısi absesin açılması və drenajın olunmasından ibarətdir. Xəstəyə antibiotik və vitamin müalicəsi, müqavimətartırıcı preparatlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"PELVİOPERİTONİT" haqqında müzakirə