Villebrand xəstəliyinin təhlükəli əlamətləri

  • Müəllif: elnare
  • Tarix: 2 aprel 2021
  • Baxış sayı: 1 014
  • 0 rəy

Villebrand xəstəliyi – irsi hemorragik diatezlərin növüdür.Bu xəstəlik  genetik patologiyadır.
Villebrand xəstəliyi müxtəlif intensivlikli hemorragik sindromla təzahür edir. Xəstəliyin ağırlığından və variantından asılı olaraq əsasən petexial-göyümtül ləkələr, göyümtül ləkələr-hematom, nadir hallarda hematom tipli olur. Villebrand xəstəliyinin I və II tipinin yüngül formaları spontan burun qanaxmaları, dəri içinə və dərialtı az və mülayim qansızma, travmalardan  və cərrahi manipulyasiyalardan sonra davamlı qanaxma ilə xarakterizə olunur. Qızlarda menorragiya, uşaqlıq qanaxmaları, uşaq dünyaya gətirən qadınlarda doğuş zamanı həddən artıq qan itkisi qeyd olunur.
Villebrand xəstəliyinin qazanılmış formaları sistem, ürək, onkoloji  xəstəliklər fonunda çoxsaylı hemotransfuziyalardan sonra ağırlaşma kimi meydana çıxa bilər. Villebrand xəstəliyinin profilaktikası məqsədilə xəstələr (o cümlədən qohumlar) arasında nigahın istisnası, diaqnoz qoyulduqda QSİƏP, antiaqreqantlar qəbul etməmək, travmalardan qaçmaq, həkimin tövsiyələrinə dəqiq əməl etməkdən ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Villebrand xəstəliyinin təhlükəli əlamətləri" haqqında müzakirə