AMENOREYA

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 448
  • 0 rəy

AMENOREYA
Amenoreya – 6 ay və daha çox müddət ərzində aybaşının olmaması ilə təzahür edən hipomenstural sindromun daha ağır forması olmaqla, bir sıra ginekoloji xəstəliklərin əlamətidir. Menstural funksiyaların pozulması ilə müşayət xəstəliklər arasında 10-15% rast gəlinir. Amenoreyanın aşağıdakı növləri ayırd edilir:
-patoloji
-fizioloji
-yalançı
-yatrogen – amenoreyalar ayırd edilir.
Fisioloji amenoreya qızlarda yetişkinlik yaşına qədər, qadınlar da isə hamiləlik, laktasiya və postmenopauza dövründə rast gəlinir.
Patoloji amenoreya ginekoloji və ekstragenital xəstəliklərin əlaməti olmaqla birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili amenoreya – yalançı və həqəqi ola bilər.
Neyroendokrin sistemin bu və ya digər patologiyaları zamanı amenoreyaların mərkəzi və periferik həmçinin ekstragenital patologiyalarla şərtlənmiş növləri ayırd edilir.
Hipotalamus mənşəli amenoreya – daha çox arıqlama fonunda inkişaf edir, yaxud psixogen mənşəli ola bilir.
Kliniki mənzərə:
Adətən xəstəliyi nəzərə çarpacaq əlaməti, aybaşının qəfil kəsilməsi olur.
Diaqnostika:
Aybaşının kəsilməsinin bədən çəkisinin azalması ilə eyni vaxta düşməsinə diqqət yetirilməlidir.
Müalicə:
Bədən çəkisinin bərpa edilməsi, psixoemosional vəziyyətin qaydaya salınmasına əsaslanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"AMENOREYA" haqqında müzakirə