Təhqirə cavab verməyin ən yaxşı 7 yolu
1. Təhqir etmək.
Sizi birisi təhqir edərkən könlünüzdən keçən ilk şey ona təhqirlə cavab verməkdir. Amma əgər qarşınızdakı çox ağıllı, yaxın adamlarınızdan biri və ya yeni konfliktə səbəb olacaq adamdırsa, bu zaman sizin onu təhqir etməniz yerinə düşməyəcək. Psixoloq Oskar Yayld təhqirə təhqirlə cavab vermənin düzgün olmadığını qeyd edərək bununla sizin haqsız duruma düşə biləcəyinizi deyir.
2. Zarafatla cavab qaytarmaq.
Təhqirlə deyiləcək sözü zarafata salıb desəniz bu sizi pis vəziyyətdə qoymaz. Bu cür strategiya tutmaq sizi gərginlikdən qurtarar və siz ətrafdakılar tərəfindən yaxşı qarşılanarsınız.
3. Təhqirləri qəbul etmək.
Bəzi situasiyalarda insan öz yaxınlarından təhqir eşidir. Bu zaman sülhlə yaşamağın yeganə yolu eşitdiyiniz təhqirlərə cavab verməməkdir. Çünki belə zamanlarda atılan replikalara cavab vermək yaranan konflikti dafa də dərinləşdirir.
4. Sözlərin nə məqsədlə deyildiyini öyrənmək.
Deyilən hər bir təhqiramiz sözün arxasında gizli bir məqsəd durur. Siz bu sirri açmağa çalışın. Bunun üçün onu dilə tutmağa çalışın və onun sizə niyə belə rəftar etdiyini öyrənməyə çalışın.
5. Sakitliyi qoruyub saxlamaq.
Əgər sizi təhqir edən qohumunuz deyil, iş yoldaşınız və ya tanımadığınız adamdırsa, o zaman ona cavab qaytarmayın. Onun ən yaxşı cavabı sizin sakitliyiniz və gülüşünüzdür. Yad adamların sözlərinə heç zaman bənd olmayın.
6. Qıcıqlandırmaq.
Sizi təhqir etmiş adama ictimaiyyət qarşısında cavab qaytarmaqdansa, onu qıcıqlandırmağınız daha münasibdir. Siz bunu hərəkətlərinizlə və internetdə yazdığınız kommetlərlə edə bilərsiniz.
7. İşi qanunla həll et.
Sizi təhqir edən adama cavab verməkdənsə, onu hüquq mühafizə orqanlarına şikayət etməniz daha münasibdir. Qoy ictimai yerdə, insanların yanında sizi təhqir edən şəxs məhkəmə qarşısında cavab versin və ya sizə təzminat ödəsin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Təhqirə cavab verməyin ən yaxşı 7 yolu" haqqında müzakirə