İnfeksion xəstəliyə yoluxmuş xəstələr üçün pəhriz

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 665
  • 0 rəy

Bu pəhriz kəskin infeksion xəstəliyə yoluxmuş xəstələr üçün nəzərdə tutulub. Pəhrizin məqsədi orqanizmin müqavimətini qaldırmaq və immuniteti artırmaqdan ibarətdir. Pəhrizə enerji artıracaq qidalar – karbohidratlar, zülallı və vitaminli qida məhsulları daxildir. Həzm sistemini pozmamaq və qəbizliyə yol verməmək şərtilə bütün isti qidalar bu pəhrizə daxildir. Bundan əlavə orqanizmdən intoksikasiyanı azaldan, antimikrob təsirə malik bitki çayları bu pəhrizin əsas qidasını təşkil edir.
Kəskin infeksion xəstəliyə tutulmuş adamın rasionunda yağlı bulyonlar ,təzə ağ çörək və soyuq içkilərə yol vermək olmaz.
Belə xəstələrin qidasını aşağıdakılar təşkil eləməlidir:
– buğda çörəyi, suxari
– bütün növ çox da yağlı olmayan suplar
– ətli püre
– parda bişən mal əti
– quzu, çolpa əti
– kəsmik, qatıq, süd məhsulları
– meyvə və tərəvəzlər
– kürü, balıq məhsulları
– limonlu çay, itburnu dəmləməsi, südlü kofe, metvə şirələri.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İnfeksion xəstəliyə yoluxmuş xəstələr üçün pəhriz" haqqında müzakirə