Sidik kisəsində daş olan xəstələr üçün pəhriz

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 077
  • 0 rəy

Bu pəhriz,  sidik kisəsində daş olan xəstələr üçün nəzərdə tutulub. Pəhriz stolunun məqsədi sidik kisəsində olan müxtəlif növ daşları, parçalayıb tökdürməkdən ibarətdir. Pəhrizə daxil olan qida maddələri sidik turşusunun reaksiyasını normallaşdırmaq məqsədi güdür.
Pəhrizin ümumi xarakteristikası enerji dəyəri, yağlılığı, normada olan, tərkibində kalsium, fosfat və urat duzları minimum ölçüdə tapılan qida məhsullarından ibarətdir. Sidik kisəsində daş olan xəstələr gündə 4 dəfə qida qəbul eləməli və qida qəbulundan əvvəl acqarına maye içməlidir. Maye dedikdə sidiyin turşu reyaksiyasını normallaşdırıb daşların parçalanmasına səbəb ola biləcək bitki çayları nəzərdə tutulur.
Sidik kisəsində daş olan xəstələrə aşağıdakı qidalardan imtina etmək məsləhət görülür:
– süd və süd məhsulları
– tərəvəz şorbaları
– pomidor
– duzlu və hisə verilmiş balıq
– hisə verilmiş kolbasa və sosislər
– bəzi tərəvəzlər və kartof
– tərkibində süd olan şirniyyatlar
– giləmeyvə və tərəvəz şirələri
Belə xəstələrin qida rasionuna qatılması gərək olan qidalar bunlardır:
– balıq, ət və göbələk şorbaları
– müxtəlif ət və ət məhsullarından hazırlanan yeməklər
– gündə 1 ədəd yumurta
– hər cür halda bişirilən balıq və balıq məhsulları
– balqabaq, noxud, göbələk
– itburnu, qarğıdalısaçağı dəmləməsi mütləq gündə 1 dəfə.
Bunlardan başqa sidik kisəsində daş olan xəstələr daşları parçalayan bitki çaylarından hər gün istifadə etməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sidik kisəsində daş olan xəstələr üçün pəhriz" haqqında müzakirə