Alma sirkəsinin faydaları
Yüz illər boyu saç və dəriyə qulluq məqsədilə alma sirkəsindən istifadə etmişlər. Araşdırmalar alma sirkəsinin təkcə insanın xaricinə deyil, daxilinə də faydalı olması isbat olunmuşdur. Saçlar yuyulduqdan sonra sirkə tökülmüş su ilə yaxalandıqda canlı və parlaq olur. Alma sirkəsi eyni zamanda insana toxuq hissi verir. Yeməkdən əvvəl bir-neçə damcı alma sirkəsi damızdırılmış su içmək insanda toxluq hissi yaradır. Sirkə damızdırılmış su içmək bir müddət davam edildikdə insanın iştahası azalır, toxluq hissi onu az yeməyə vadar edir. Düzənli olaraq sirkə damızdırılmış su içmək qanda şəkərin miqdarını normallaşdırır. Araşdırmalardan məlumdur ki, hər yeməkdən əvvəl 1 parça çörəyi sirkəyə batırıb yemək qanda şəkərin miqdarını 30% aşağı salır.
Arıqlamaq istəyənlər:
1 stəkan suya bir neçə damcı alma sirkəsi, 1 çay qaşığı bal qarışdırıb səhərlər acqarına içərlərsə immun sistem möhkəmlənir və insanda toxluq hissi yaranır.
1 stəkan alma sirkəsinə 4 yemək qaşığı bal qatıb, 1 litr suda yaxşıca qarışdırın. Hər yeməkdən sonra 1 stəkan bu qarışımdan içmək insanda uzunmüddətli toxluq hissi yaradır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Alma sirkəsinin faydaları" haqqında müzakirə