Kipriklərinizi qoruyun

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 1 471
  • 0 rəy

Kipriklərinizi qoruyun.
Lap qədim dövrlərdən qadının gözəllik əlamətlərindən bir də onun uzun və sıx kipriklərə sahib olmasıdır. Belə kirpiklər estetik baxımdan gözəl göründüyü kimi, həm də tibbi cəhətdən göz üçün xeyirlidir. Müasir dövrdə xanımlar qalın və diqqət çəkici kirpiklərə sahib olmaq üçün kosmetik vasitələrdən- tuşlardan istifadə edirlər. Tuşlar iki cür olur “waterproff”- suya davamlı və “watersoluble”- suda əriyən. Yaxşı tuşlar dağılmamalı və bərkiməməlidirlər. Tuşların istifadə müddəti 3 aydan artıq olmamalıdır. Suya davamlı olan tuşları gündəlik olaraq istifadə etməyin. Bunlar çətin təmizlənir və kipriklərə ziyan verə bilər. Tuşları qalın çəkməyin çünki kipriklərə ağırlıq düşər, buda onların qırılmasına səbəb olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kipriklərinizi qoruyun" haqqında müzakirə