Nazik dodaqlara sahib olan xanımların bilməsi gərək olan 6 makiyaj sirri
Əgər sizin dodaqlarınız nazikdirsə, bəzi makiyaj sirlərindən istifadə etməklə dodaqlarınızın qalın və dolgun göstərə bilərsiniz. Çünki dodaqları qalın göstərməyin yolu çox sadədir:
* Əgər incə dodaqlara sahib xanımsınızsa, tünd rəngli pomadalardan mütləq uzaq durmalısınız.
* Qırmızı və qırmızı tonlarda pomadalardan istifadə etmək istəyirsinizsə, mütləq həmin rəngdə dodaq qələmi ilə dodaqlarınızin ətrafına çərçivə çəkin, sonra pomadanı sürtün.
* Dodaqlarınızın nazik olmasının nəzərə çarpmağını istəmirsinizsə, mat rəngli pomadalardan uzaq durmalısınız.
* Sadəcə üst dodağın incəliyindən şikayət edirsinizsə, yalnız üst dodağınıza qələm çəkin.
* Açıq rəngli pomada və parıldadıcılardan istifadə etməklə dodağınızın nazikliyini gizlədə bilərsiniz.
*Açıq rəngli pomadadan istifadə etdiyiniz zaman dodaqlarınızın yalnız mərkz hissəsinə parladıcı vurmaqla dodaqlarınızı olduğundan iri göstərə bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Nazik dodaqlara sahib olan xanımların bilməsi gərək olan 6 makiyaj sirri" haqqında müzakirə