Qarpız pəhrizi
Qarpız sidikqovucu, diyetik təsirə malikdir. Hipertoniya, qan dövranı pozğunluğu, nefrit, podaqra, qaraciyər və öd yolları xəstəlikləri, piylənmələrdə hər dəfə 300-400 qr olmaqla gündə 5 dəfə qarpız yemək məsləhət görülür.
Qarpız pəhrizini bir çox” çarəsiz” monopəhrizlər kimi 5 gündən artıq saxlamaq olmaz. Həmin vaxt ərzində şlaklardan, orqanizmdə olan artıq mayedən, həmçinin arzuolunmaz duzlardan xilas olmaq mümkündür.
Pəhriz sadədir: gün ərzində hər 10 kq çəkiyə 1 kq olmaqla qarpız yeyilir. Vəziyyətə diqqətlə nəzarət etmək lazəmdır: bəzi hallarda orqanızm monoqidalanmaya mənfi reaksiya verir. Qarpız pəhrizinə böyrəkdaşı, şəkərli diabet, mədəaltı vəzin xəstəliyi zamanı əməl etmək məsləhət görülmür.
Əgər ikinci gün hər şey yaxşıdırsa (qarında ağırlıq, meteorizm və digər xoşagəlməz nəticələr yoxdursa), 5 gün müddətində pəhrizi davam etdirmək olar.
Pəhriz bitdikdən sonra, təxminən 3 kq itirərək bir müddər fasilə verilir və ikinci “qarpızlı pəhriz”ə keçilir.
Səhər yeməyi: şirin olmayan yulaf sıyığı və bir az ağ pendir.
Nahar yeməyi: 1 dilim balıq, mal və ya quş ətı, tərəvəz salatı(yağsız qarnir ilə)
Sam yeməyi: 30 kq çəkiyə 1kq olmaqla qarpız
15 gün qarpızlı pəhrizə əməl etməklə 8 kiloqrama qədər çəki atmaq olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qarpız pəhrizi" haqqında müzakirə