Qarpızın faydaları

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 2 743
  • 0 rəy

Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu toxumu olan yumşaq ətlikli meyvəli tərəvəzdir. Qarpızın ilk vətəni Afrikadır.

Tərkibi A, E, C, B1, B2, B6, B9 kimi vitaminlər, eləcə də, maqnium, kalium, kalsium, fosfor, dəmir və natrium kimi mikroelementlərlə zəngindir. Tərkibində fruktoza da olduğu üçün diabet xəstələrinin də istifadə etməsi mümkündür.

Bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu və ödqovucu xassəyə malikdir. Qarpız lətində incə liflərin olması orqanizmdə xolesterolun səviyyəsini azaldır. Ondan hazırlanan şirə isə qaraciyər və böyrəkləri şlaklardan təmizləyir.
Qarpız podaqra, artrit, qastrit, hipertoniya, anemiya, burun qanaxmaları, piylənmə, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı faydalıdır.
Qarpız alarkən diqqət etmək lazımdırki tərkibi nitratsız olsun. Orqanizm üçün ziyanlı olan nitratlı qarpızlar riski avqust ayının sonlarında azalır. Bu vaxt artıq təbii yolla yetişmiş qarpızların tam zamanı olur.

Çalışın təbii yetişdirilmiş qarpızlardan istifadə edinki sağlığınıza zərər gəlməsin!

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qarpızın faydaları" haqqında müzakirə